Yaponiyalı Nikolay və ya əsl adı ilə İvan Dmitriyeviç Kasatkin (; ) – Yaponiyada rus pravoslav kilsəsinin arxiyepiskopu.
Həyatı Doğum adı İvan Dmitriyeviç Kasatkindir. Sankt-Peterburqda yerləşən teologiya akademiyasından məzun olduqdan sonra 1861-ci ildə Hakodate limanında yerləşən rus konsulluğu kilsəsinin keşişi kimi Yaponiyaya səyahət etmişdir. Yaponiyadakı ilk yeddi ilini yapon dilini, ədəbiyyatını, ənənələrini və adətlərini öyrənməklə keçirmişdir.
Yaponiyada xristianlığı təbliğ etmək qadağası 1873-cü ilə qədər davam etsə də, onun təşəbbüsü altında 1870-ci ildə Yaponiyada rus pravoslav missiyasının əsası qoyulmuşdur. O, Kamçatka yepiskopluğunun yurisdiksiyası altında olan bu missiyanın başçısı təyin olunmuşdur. 1872-ci ildə Tokio şəhərinə köçmüş və Rusiya nümayəndəliyinin adı ilə şəhərində mərkəzində yer icarəyə götürmüşdür. Burada seminar, katexistlər məktəbi, qadınlar üçün dini məktəb və Müqəddəs Diriliş kafedralını tikdirmişdir.
1880-ci ildə Yaponiyanın yepiskopluğuna təyin olunmuşdur. O, 1912-ci ildəki ölümünə qədər Tokioda yaşamışdır. O, Yaponiya Pravoslav Kilsəsinin milli xarakterinin formalaşdırmasında vacib rol oynamışdır. Yerli ruhanilərdən birini kilsəyə cəlb etmiş və Rus–yapon müharibəsi zamanı çara yox, Yaponiya imperatoruna siyasi sadiqliyi müdafiə etmişdir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər Yaponiya Pravoslav Kilsəsi
Kateqoriya:Yapon Pravoslav Kilsəsi Kateqoriya:Yaponiyadakı Rusiya qürbətçiləri Kateqoriya:Bibliyanı yapon dilinə tərcümə edənlər Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:Gündəlik müəllifləri