Ümmü Gülsüm bint Əli (; ) — Məhəmmədin nəvəsi, Əli və Fatimənin qızı. Sünni və şiə mənbələrinə görə o, Ömər ibn Xəttabın həyat yoldaşıdır.
Həyatı 627-ci ildə anadan olub. Əlinin Ümmü Gülsüm adlı iki qızının böyüyüdür. Onun Ömərlə evliliyi sünni mənbələrində qeyd edilsə də, şiə mənbələri arasında mübahisəlidir. Şiə mənbələrində bu barədə müxtəlif fikrilər vardır.
Sünni mənbələrinə görə, xəlifə Ömər Məhəmmədlə qohumluğunu gücləndirmək üçün Ümmü Gülsümlə evlənmək istədiyini Əliyə bəyan edir. Əli isə qızının həddi-büluğa çatmadığı və qardaşı Cəfər ibn Əbu Talibin oğlu ilə evləndirmək istədiyi üçün bu tələbə etiraz edir. Lakin Ömərin təkidi ilə Əli razı olur. 638-ci ilin son aylarında Ümmü Gülsüm Ömərlə evlənir. Onların bu evlilikdən Zeyd və Ruqiyyə adlı iki övladı dünyaya gəlir. Oğlu Zeyd anası ilə eyni gündə vəfat etmiş, qızı Ruqiyyə isə İbrahim ibn Nueym ən-Nəhhamla evlənmişdir.
Xəlifənin zövcəsi kimi Bizans kraliçasına hədiyyələr göndərmişdir. Ömərin vəfatından sonra əmisi Cəfər ibn Əbu Talibin oğulları ilə evlənir. İkinci evliliyini Əvn ilə, onun ölümündən sonra digər qardaşı Məhəmmədlə, onun ölümündən sonra isə Abdullahla evlənmişdir.
Ümmü Gülsümün cənazə namazını ögey oğlu Abdullah ibn Ömər ibn Xəttab qıldırmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Əlinin övladları Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Mədinəlilər Kateqoriya:Səhabələr Kateqoriya:VII əsr qadınları