Valentin Aleksandroviç Avrorin (; ) — SSRİ dilçisi, SSRİ Elmlər Akademiyasının müxbir üzvü. O, tunqus dilləri sahəsində görkəmli idi və nanay yazı dilinin fəal yaradıcılarından biri idi.
Həyatı Valentin Aleksandroviç Avrorin Rusiya imperiyasının Tambov şəhərində müəllim ailəsində anadan olmuşdur. O, 1925-ci ildə Tambov məktəblərindən birindən məzun olmşdur. Avrorin 1930-cu ildə Sankt-Peterburq Dövlət Universitetinin Tarix və Etnologiya fakültəsini bitirmişdir. O, 1956-cı ildə filologiya elmləri namizədi alimlik dərəcəsini müdafiə etmişdir. Avrorin Novosibirsk Dövlət Universitetinin Humanitar Elmlər Fakültəsi Ümumi Dilçilik kafedrasının professoru, fakültənin ilk dekanı olmuşdur. O, 26 iyun 1964-cü ildə Sovet İttifaqı Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.Энциклопедический словарь. 2009. Аврорин Валентин Александрович.
İstinadlar
Kateqoriya:SSRİ dilçiləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri