Səadət Vidadi qızı Yusifova () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2023-cü ildən).
Həyatı Səadət Vidadi qızı Yusifova 11 aprel 1973-cü ildə anadan olmuşdur. Bakı Dövlət Universitetinin və Fransanın Robert Şuman Universitetinin məzunudur və hüquq üzrə fəlsəfə doktorudur. Səadət Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. 2014–2019-cu illlərdə Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. 24 fevral 2023-cü ildə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini təyin edilib..
İstinadlar
Kateqoriya:Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri