Ukraynanın Nazirlər Kabineti () — Ukraynanın ali icra hakimiyyəti orqanı. Nazirlər Kabinetinin rəhbəri Ukrayna Prezidentinin təklifi ilə Ukrayna Ali Radası tərəfindən təyin olunan baş nazirdir. Baş nazirin müavinləri Baş nazirin birinci müavini və daha beş müavindir. Nazirlər Kabinetinin tərkibinə müvafiq nazirliklərə rəhbərlik edən nazirlər və "portfelsiz" nazirlər – hansısa nazirliyə rəhbərlik etməyən, lakin hökumətin iclaslarında səs vermək hüququna malik olan nazirlər də daxildir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ukraynanın dövlət quruluşu