thumb|Qəbri. Teodoziya Markovna Brıj () — Ukrayna heykəltaraşı, Ukraynanın əməkdar rəssamı (1997), SSRİ Rəssamlar İttifaqının üzvü.
Həyatı Teodoziya Brıj 18 fevral 1929-cu ildə Sarnı rayonunun Berejnitsa kəndində anadan olub. O, Sarnı gimnaziyasından məzun olmuşdur. 1954-cü ildə Lvov Tətbiqi və Dekorativ İncəsənət İnstitutunu bitirmişdir. İvan Severa və Leopold Levitski kimi şəxslər onun müəllimləri olmuşdurlar. Brıj Lvovda yaşamış və işləmişdir.
Karyerası Bryzh iki yüzdən çox heykəlin müəllifi olmuşdur. Onun əsərlərinə abidələr, məzar daşları, xatirə lövhələri, dekorativ və park heykəlləri daxildir. Lesia Ukraynkanın "Meşə mahnısı" əsasında yaratdığı silsilə əsərləri böyük maraq oyatmışdır.
Brıj lvovlu abidə və qrafika sənəçisi Yeven Beznisk ilə evlənmiş, onunla bir çox sənət layihəsi həyata keçirmişdir. Cütlük Makivka dağındakı Seç atıcılarının xatirə qəbiristanlığını, Zoloçiv qəsrindəki Xalq Daxili İşlər Komissarlığının (NKVD) qurbanlarına həsr olunmuş xatirə ibadətgahını, Danilo Halitskinin abidəsini və Volodimir-Volinskyidə tikilmiş Vasilko Romanoviçin abidəsini dizayn etmişdir.
Brıjın heykəlləri plastiklik, zəriflik və yüngüllük ilə xarakterizə olunur. O, 1960-cı illərdə Ukraynada müasir dünya incəsənəti yolu ilə gedən ilk heykəltaraşlardan biri olmuşdur.
Brıj 4 iyul 1999-cu ildə Lvovda ölmüş və Lıçakov qəbiristanlığında dəfn olunmuşdur.
Xatirəsi Lvov şəhərinin Martovıça küçəsi, 5 ünvanında Brıjın xatirə muzeyi yerləşir. Rivnedə bir küçəyə Teodoziya Brıjın adı verilmişdir.
Seçilmiş əsərləri Volodimir-Volynskyi qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleksi. Yeven Dzindra və Yaroslav Nazarkeviç ilə birlikə. 1965-ci ildə tikilmiş, 1985-ci ildə bərpa olunmuşdur. Xorobrovda sovet əsgərlərinə abidə (1975). Lvov şəhərinin Mişuha küçəsində Yuri Velikanoviçə həsr olunmuş abidə (1982, memar Lidiya Lesova). Lvov şəhərinin Lıçakov qəbiristanlığında Solomiya Krushelnitska, İvan Kripiakeviç, Leopold Levitski, Oleksa Şatkivski üçün qəbir daşları. Kommunist repressiyalarının qurbanları üçün abidə (1995, Zoloçev qəsr-parkı).
İstinadlar
Kateqoriya:Qadın heykəltaraşlar Kateqoriya:Ukrayna heykəltaraşları Kateqoriya:SSRİ heykəltaraşları