Mariya İvanovna Dolina (, ; ) — qadınlardan ibarət 125-ci mühafizəçi borbardmançı aviasiya alayında pilot və eskadron komandirinin müavini olub. İkinci Dünya Müharibəsi illərində ilk növbədə 1-ci Baltik cəbhəsində fəallıq göstərmiş, 18 avqust 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Erkən həyat Sibirin Omsk vilayətinin Şarovka kəndində anadan olan Dolina Ukrayna kəndlilərinin böyük qızı idi. Onun doqquz bacısı var idi. 1934-cü ildə Mariyanın atası Rusiya vətəndaş müharibəsində ayağını itirdikdən sonra ailə yenidən Ukraynaya köçmüşdü. Atasının vəziyyətinə görə Dolina bütün ailəni dolandırmalı olmuş, məktəbi tərk edərək fabrikdə işləməyə başlamışdır. Anasının müqavimətinə baxmayaraq, Mariya uçuş klubunda məşq edərək 1940-cı ildə Xerson Uçuş Məktəbini bitirmiş, bundan sonra Engels adına Hərbi Uçuş Məktəbinə daxil olmuşdur. O, 22 iyun 1941-ci ildə Almaniyanın işğalından əvvəl Dnepropetrovsk və Nikolayevdə uçuş klublarında təlimatçı vəzifəsində çalışıb.
Dolina hərbi xidmətinə 1941-ci ilin iyulunda başlayıb. O, əvvəlcə Po-2 ilə uçmuş, daha sonra isə 587-ci bombardmançı alayında Petlyakov Pe-2 bombardmançı təyyarəsinin ekipaj üzvü olmuşdur. Dolina daha sonra müvafiq alayda eskadron komandirinin müavini olub.
Mariya ümumilikdə düşmənin sursat anbarlarını, qalalarını, tanklarını, artilleriya batareyalarını, dəmir yolu və su nəqliyyatını bombalayan və Sovet quru qoşunlarına dəstək verən yetmiş iki missiya yerinə yetirmişdir.
Müharibədən sonrakı həyatı Müharibədən sonra Dolina Sovet Hərbi Hava Qüvvələrində bombardmançı aviasiya alayının eskadron komandirinin müavini kimi xidmətini davam etdirib. O, 1975-ci ilə qədər Şyaulyay (indiki Litva) şəhərində, daha sonra isə Riqada (indiki Latviya) yaşayıb və burada Latviya Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib.
İkinci Dünya müharibəsinin başa çatmasının 50-ci ildönümündə Dolina Ukrayna prezidenti Leonid Kuçma tərəfindən mayor rütbəsinə yüksəlmiş, bir çox orta məktəb və pioner dəstələri onun adını daşımışdır.
Dolina 1983-cü ildən 3 mart 2010-cu ildə 87 yaşında ölənə qədər Kiyevdə yaşayıb və 2009-cu ildə Qələbə Günü şənliklərində iştirak edib.GUARDS MAJOR MARIYA DOLINA by Henry Sakaida, soviet-awards.com (2002)
Mükafat və fəxri fərmanlar Sovet İttifaqı Qəhrəmanı (18 avqust 1945) "Lenin" ordeni (18 avqust 1945) İki "Qırmızı Bayraq" ordeni (1 iyul 1943 və 1 iyul 1944) 1-ci dərəcəli "Vətən Müharibəsi" ordeni (11 mart 1985) kampaniya və xidmət medalları "Bohdan Xmelnitski" ordeni (14 oktyabr 1999) Kiyevin fəxri vətəndaşı (2003)
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Rusiyanın qadın pilotları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 40 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif edilənlər