Salyan rayonu Kürsəngi kəndi ərazisində yerləşən dağ və sönmüş palçıq vulkanı. Cənub-Şərqi Şirvan düzündə yerləşir və Kür-Araz ovalığının ən böyük palçıq vulkanlarından biridir. Hündürlüyü təxminən 77 metrdir. Adının etimologiyasına dair bir çox nəzəriyylər vardır: Kürün səngidiyi yer olaraq- Kürsəngi; Kür və səng (farsca: daş, qaya) Kürsəngi-Kürdaşı olaraq və s. Dağın ərazisində "Kürsəngi küp qəbirlər nekropolu" yerləşir. Dağ və kəndin ərazisi keçmişdə maldar ellərin qışlaq yeri olub.
Kürsəngi kənd qəbiristanlığıda bu dağda yerləşir. thumb|Kəndin ərazisindən Kürsəngi dağının görünüşü
Həmçinin bax Kürsəngi Kürsəngi palçıq vulkanı Kürsəngi küp qəbirlər nekropolu Kürsəngi yatağı
Kateqoriya:Əlifba sırasına görə vulkanlar Kateqoriya:Palçıq vulkanları Kateqoriya:Azərbaycanın palçıq vulkanları