Mollalı — Azərbaycan Respublikasının Oğuz rayonunun Sincan kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Rayon mərkəzindən 32 km cənub–şərqdə, Tikanlıçayın sağında, Oğuz–Qəbələ şose yolunun solunda yerləşir. Sincan İnzibati Ərazi Dairəsinə daxildir. "Mollalı" nəsil adından yaranmış oykonimdir. XIX əsrin ortalarında Xaçmaz kəndindən öz ailəsi ilə köçüb burada məskən salmış Molla Əlinin adını daşıyır. Sonralar Molla Əli adı təhrifə uğrayaraq Mollalı formasına düşmüşdürE.Nuriyev, qeyd olunan əsəri. səh.55. Molla axunddan sonra gələn dini rütbədir. "Mollalı" (molla–lı) – "mollaya məxsus" anlamını verir. Əhalisi (603 nəfər) heyvandarlıq, taxılçılıq, meyvə–tərəvəzçiliklə məşğuldur. Kənddə orta məktəb, kitabxana, tibb məntəqəsi yoxdur, 1 telefon var. Xaçmaz kəndinə, Bakı və Qəbələ şəhərinə gedən avtobus marşrutları kəndin 4 kilometrliyindən keçir. Dəniz səviyyəsindən yüksəkliyi 430 metrdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 613 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər http://www.municipality.az/?year=2009&month=04&cstart=14 Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti
Həmçinin bax Oğuz rayonu
Kateqoriya:Oğuz rayonunun kəndləri