Lerik FK — Azərbaycanın Lerik şəhərini təmsil edən futbol klubu. Azərbaycan İkinci Liqasında çıxış edir.
Tarixi 2022-ci ildə klub bir neçə Lerik gəncinin təşəbbüsü ilə yaradılıb. Elə ilk ilindən Azərbaycan Region Liqasında çıxış etməyə başlayıb. Klub qurulanda böyük sevgi ilə qarşılaşıb. İlk rəsmi oyununda Neftçala ilə qarşılaşan klub doğma meydanında heç-heçəyə razı olub. Sonrakı turda isə artıq qələbələr seriyası başlayıb. Masallının "Ərkivan" klubu ilə qarşılaşıb. Leriklilər qonaq qismində 6 qol vuraraq 3 xalla geri qayıdıb. Ardından Qobustan FK 1–0, Zəfər 44 klubunu 3–1 hesabı ilə məğlub edərək liqada yerini möhkəmləndirib.
2022/23 mövsümündə Regon Liqasında 4-cü yer tutmuşdur. 2023/2024 mövsümündə Azərbaycan İkinci Liqasında çıxış etməyə başlamışdır.
Loqo Emblem dairəvi şəkildədir. Ortasında bir top, yuxarı tərəfdə "Lerik FK" adı yazılıb. Alt tərəfində Talış dağlarının şəkili yer alıb. Emblemin alt sağ tərəfində klubun qurulma tarixi, sol alt tərəfində isə Lerik rayonunun yaranma tarixi öz əskini tapıb.
Heyət
İstinadlar
Kateqoriya:Azərbaycan futbol klubları Kateqoriya:2022-ci ildə Azərbaycanda yarananlar