Olena Oleksiyivna Karpenko (; ) və ya səhnə adı ilə Solomiya — Ukrayna müğənnisi, bəstəkarı və şairi. Olena ukrayna, ingilis və rus dillərində bəstələr hazırlayır. O, Ukraynada və xaricdə caz, blüz, rok, pop, klassik janrlarda əsərlər yazır və ifa edir.
İlk illəri Olenanın atası ukraynalı psixofizioloq və hüceyrə transplantoloqu Aleksey Karpenkodur. Karpenko sənətşünaslıq üzrə bakalavr dərəcəsini (2002) və jurnalistika üzrə magistr dərəcəsini (2005) Kiyev-Moqila Akademiyasının Milli Universitetində almışdır. O, Ukrayna Milli Musiqi Akademiyasında (2003–2007) Qalina Suxorukova və Lüdmila Qarmaşdan vokal dərslər almışdır.
Karyerası 2011-ci ildə Ukraynanın müstəqilliyinin 20 illiyi münasibətilə Avropa Şurasının rəhbərliyi tərəfindən Strasburqda Avropanın diplomatları qarşısında solo konsert verməyə dəvət olunmuşdu.
2015-ci ildə Olena "Oranta" mahnısını Nyu-York Moda Həftəsi çərçivəsində keçirilən Ukrayna moda nümayişinin əsas mahnısı kimi ifa etmişdir. Onun "Mermaid" mahnısı (sözləri ukraynalı şair Taras Şevçenkoya, musiqisi Karpenkoya aiddir) S. Biqunun "Ana ürəyi. Qonqadze" (2015) sənədli filmində yer almışdır. 2015-ci ildən Olena Karpenko "Koronatsa Slova" beynəlxalq ədəbiyyat müsabiqəsinin münsiflər heyətinə daxildir.
2016-cı ildə o, ABŞ-yə qastrol səfərləri edərək bir sıra xeyriyyə konsertləri vermiş, bütün gəlirləri Şərqi Ukraynada baş vermiş müharibə nəticəsində valideynsiz qalmış uşaqlara kömək üçün bağışlamışdır.
Nəşrləri
Kitablar Toxunuş (Kiyev, 1998) — şeir kitabı Boyunbağı (Kiyev, KM Akademiyası, 2005) — şeir kitabı Sükutla dialoqlar (Kiyev, Dnepr, 2014) — şeir kitabı Televiziya reklamının troya atları . (Kiyev, Smoloskip, 2007) — ağıl manipulyasiyası üzrə araşdırma Mələyin məktəb dərsliyi (Kiyev, Phoenix, 2016; Kiyev, Summit-Book, 2017) — roman Günəş yarım parlaya bilməz (2017) Avropanın ürəyi (2017) Nanə (2018), Ürəkdən Ukrayna ilə (2018) Pıçıltı (2018) Kiyev haqqında isti hekayələr (2018) Qadın döşü: Ehtiras və Ağrı (2019)
Digər Ukraynanın 100 gənc şairi: Antologiya (Kiyev, 2006) Ukraynanın yaradıcı qüvvələri + (Kiyev, 2011) Yeni Ukrayna poeziyası (bolqar dilinə tərcümə, Sophia-Varna, 2012) Terra Poetica (ingilis dilinə tərcümə, Kiyev, Summit-Book, 2014) 8 qadın (Kiyev, Summit-Book, 2016) Terra Poetica (Kiyev, Summit-Book, 2016) Göy qurşağı (rus dilinə tərcümə, Kiyev, 2017)
Diskoqrafiya
Solo albomlar Solomia (Kyiv, 2007) — ukrayna və ingilis dilində mahnılar Rondo (Kyiv, Atlantic Records, 2011) — ukrayna və ingilis dilində mahnılar Birthday (Kyiv, Atlantic Records, 2011) — ukrayna dilində uşaq mahnıları Shadow (2019) Sky Flight (2019)
Sinqllar "Carmen" (2019) "La Traviata" (2019) "Serenade" (2019)
Yığma CD-lər "Young Stars of Ukraine" (2005) "Just Talents" (ABŞ, 2007) "Positive Music" (ABŞ, 2007)
İstinadlar
Xarici keçidlər
solomiamusic YouTube solomiamusic Facebook olena.karpenko Facebook Poeziyası
Kateqoriya:Ukraynanın qadın yazıçıları Kateqoriya:Ukraynanın qadın şairləri Kateqoriya:Ukrayna müğənniləri Kateqoriya:Qadın müğənnilər