Mova nanova (, hərfi tərcüməsi – "Yenidən dil") — 13 yanvar 2014-cü ildən Belarusun paytaxtı Minskdə keçirilən belarusca kurs. Bu qeyri-kommersiya QHT Belarusun rus dili ilə yanaşı iki rəsmi dilindən biri olan belarus dilinin gündəlik istifadəsini genişləndirmək məqsədi daşıyan mədəni və linqvistik təşəbbüsdür. Dərslər "Ў" müasir incəsənət qalereyasında keçirilir. Təşəbbüs populyarlıq qazanmış və yerli səviyyədə digər regionlardakı şəhərlər tərəfindən bəyənilmişdir. İndiki dövrdə bu kurslar Baranoviçi, Qrodno, Bobruysk, Nesvij, Brest, Molodeçno, Mogilyov, Vitebsk və Qomel şəhərlərində də fəaliyyət göstərir. Müəssisə Belarusdan kənarda da genişlənmişdir və Krakovda filial qrupu var. 23 iyul 2021-ci ildə "Mova nanova" Minsk rayon icraiyyə komitəsi tərəfindən məcburi şəkildə ləğv edilmişdir. Ləğvetmə üçün formal səbəb olaraq təşəbbüsün vebsaytında Belarusda rəsmi qeyduyyatda olmayan "BelSat" telekanalının loqotipinin istifadə edilməsi göstərilmişdir.

Fəaliyyəti "Mova nanova" dil kursları fəaliyyətə ilk növbədə Minskdə başlaymışdır. Orada fəaliyyət dilçi Alesya Litvinovskaya ilə jurnalist Qleb Labadzenka tərəfindən keçirilir. Kursun ikinci ili 8 sentyabr 2014-cü ildə başlamışdır.Мова нанова: 500-годдзе Бітвы пад Воршай! артыкул на сайце budzma.by Kurs həftəlik 300-ə yaxın tələbəni bir araya toplayır və belarusdilli həkimlərdən və proqram mühəndislərindən tutmuş memar və müğənnilərə, yazıçı və aktyorlara, tarixçi və tələbələrə, uşaqlar və yaşlı vətəndaşlara qədər müxtəlif zəminə sahib və həyatın bütün təbəqələrindən olan insanlar iştirak edir. Hər bir sinfin fərqli xüsusiyyəti və ayrılmaz hissəsi xüsusi qonaqlardır. Onlar adətən belarus dilini və mədəniyyətini təbliğ edən, bu dil mühitini gündəlik həyatlarının ayrılmaz hissəsi kimi görən ictimai xadimlər və tanınmış insanlar olurlar.

Kurs təbiətcə qeyri-rəsmidir və tədris prosesi ciddi akademik qaydalarla idarə olunmur. Dərslər moda, tibb, qohumlar və s. kimi müxtəlif mövzulara bölünür və bir neçə bölməyə bölünür – lüğət, qrammatika, maraqlı faktlar, tarixi və ya mədəni-əyləncə bölməsi və s.

Alesya Litvinovskaya və Qleb Labadzenka 21 fevral 2014-cü il Beynəlxalq Ana Dili Günündə Bobruyskdan olan həmfikir həmkarlarına estafeti təqdim etmişdilər. 14 mart 2014-cü ildə Qrodnoda ilk dərsin giriş təqdimatı 100-dən çox insanı toplamışdır. Baranoviçidə "Mova nanova 15 mart 2014-cü ildə açılmışdır. "Mova nanova"nın Nesvijdə ilk dərsi 22 mart 2014-cü ildə baş tutmuşdur. Bu, Minsk kursunun aparıcıları Alesya Litvinovskaya və Qleb Labadzenka tərəfindən keçirilmişdir. Brestdə "Mova nanova" dərsi ilk dəfə 27 aprel 2014-cü ildə baş tutmuşdur. Burada dərsdə 90-dan çox insan iştirak etmişdir.Жыве мова! — артыкул на сайце racyja.com Kursun ikinci mövsümü 6 sentyabr 2014-cü il tarixindən davam etmişdir.На берасцейскіх курсах "МОВА НАНОВА" адпачывала 50 чалавек — артыкул на сайце virtual.brest.by

Kurs 7 may 2014-cü il tarixində ilk dərsdə təxminən 60 nəfərin iştirak etdiyi Molodeçno tələbələri üçün öz qapılarını açmışdır.Першыя заняткі "Мовы Нанова" ў Маладзечне — артыкул на сайце rh.by Molodeçnoda kursun ikinci mövsümü"Мова Нанова" вяртаецца і ў Маладзечна — артыкул на сайце nn.by 15 sentyabr 2014-cü ildə başlamışdır.Першы занятак другога сезона. "Адукацыя" — фота на сайце facebook.com Mogilyovda 11 may 2014-cü ildə tələbələr qarşılanmış və linqvistik təşəbbüsü götürən 9-cu şəhər olmuşdur.11 траўня Магілёў стаў дзявятым горадам, дзе распачаліся моўныя заняткі. — артыкул на сайце svaboda.org 25 may 2014-cü il tarixində tarix və mədəniyyət mərkəzi olan "Dzvina"nın sərgi salonunda dil kursunun Vitebsk filialının rəsmi açılışı olmuşdur.Як у Віцебску прайшоў першы занятак "Мовы Нанова". — артыкул на сайце tut.by Kursun ikinci ili 7 sentyabr 2014-cü ildə başlamışdır.У Віцебску адкрываецца другі сезон курсаў "Мова нанова" — артыкул на сайце hnews.vitebsk.cc

Digər fəaliyyət "Mova nanova" "Linqvistik təcili xidmət" adında ödənişsiz tərcümə xidmətini təklif edir."Мова Нанова" стварыла службу бясплатных перакладаў на беларускую мову — артыкул на сайце gazetanm.eu İlk milli idman yarışması olan "Mova kuboku" 28 sentyabr 2014-cü ildə baş tutmuşdur.Cпартова-моўны фэстываль "Мова Cup" — артыкул на сайце svaboda.mobi Burada ümumi hesabda 5-ci olan "Mova Nanova"nı təmsil edən komanda iştirak etmişdir.Падведзены вынікі спартыўнага фестывалю "Мова Cup" — артыкул на сайце mst.by

Məktəbəqədər yaşlı uşaqlar üçün "Mova Nanova Balacalar üçün""Мова нанова" — цяпер і для дзетак — артыкул на сайце svaboda.org dil kursu 5 oktyabr 2014-cü il tarixində "Ў" müasir incəsənət qalereyasın fəaliyyətə başlamışdır.Першыя заняткі "Мова Нанова Дзеткам" сабралі прыблізна 60 дзяцей — артыкул на сайце novychas.info

Mükafatlar 2014-cü ilin iyun ayında "Mova nanova" Belarus reklam, media və rabitə festivalı olan AD NAK-da "Sosial dəyər təhlükəsizliyi" kateqoriyasında ən yaxşı layihəyə görə Qran Priyə layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər http://www.movananova.by/about-mova-nanova-in-english.html The information is taken from the sites below. All course materials, pictures and video reports can be found at Paula Borowska. Linguistic Initiatives Conquer Belarus — neweasterneurope.eu 29.04.2014

Kateqoriya:Belarus dili Kateqoriya:Belarusda təhsil