Zülfi Kazım oğlu Sadıxov () — Azərbaycanın istehsalatçı-kimyaçısı, Azərbaycanın Əməkdar mühəndisi, Respublika Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü.
Həyatı Zülfi Sadıxov 1942-ci ildə Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində anadan olub. Orta təhsilini 1959-cu ildə Miskinli kəndində orta məktəbi bitirib. 1962-ci ildə Sumqayıt Kimya-Texnologiya texnikumunu fərqlənmə diplomu ilə bitirdikdən sonra Sumqayıt Sintetik Kauçuk zavodunda əmək failiyyətinə başlasada sonralar Sumqayıt "Kimyasənaye" İB-də əmək failiyyətini davam etdirib. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyasının) axşam şöbəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır. Daha sonra Moskva İdarəetmə İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
25 mart 2023-cü ildə vəfat etmişdir.
Fəaliyyəti
Əmək fəaliyyəti Sumqayıt "Kimyasənaye" İstehsalat Birliyində çalışmışdır. 1980-ci ildə Zülfü Sadıxovun rəhbərlik etdiyi sulfanol istehsalatında iki aydan artıq davam edən geniş həcmli rekonstruksiya işlərinə başlanılmışdı. İstehsalatın gücünün artırılmasının nəticəsi olaraq müəssisədə həmin il çox böyük iqtisadi gəlir əldə edilməsinə nail olunmuşdu. Məhz bütün bunlara görə 1980-ci ildə Zülfi Sadıxov mühəndis həmkarları ilə birgə Respublika Dövlət mükafatına layiq görülüb. Əldə etdiyi yüksək istehsalat nailiyyətlərinə, səmərələşdirmə və ixtiraçılıq fəaliyyətinə görə 300-ə qədər səmərələşdirmə təklifinin və müəlliflik şəhadətnaməsi aldığı 5 ixtiranın müəllifidir.
Təltifləri SSRİ-nin "Əlaçı kimyaçısı" "Əlaçı səmərələşdiricisi", "Azərbaycanın Əməkdar mühəndisi" "SSRİ ixtiraçısı" "İxtiraçılıq və səmərələşdirmə əlaçısı" döş nişanı "Qırmızı Əmək bayrağı" ordeni Respublika Prezidentinin fərdi təqaüdçüsü
İstinadlar