Xanəgah körpüsü (-) - İranın Şərqi Azərbaycan ostanının Marağa şəhərinin 7 km məsafəsində, Xanəgah kəndində yerləşən tarixi abidə.
Tarixi İranın Mədəniyyət nazirliyinin apardığı tədqiqatlara və körpü üzərindəki kitabəyə əsaslanaraq körpüsünün Elxanilər dövründə Hacı Məhəmməd Bağır Xanəgah tərəfindən inşa etdirildiyini söyləmək mümkündür. Əvvəllər bu körpü Marağa şəhərini Məlikan, Miyandoab və Şahindej şəhərlərinə birləşdirirdi. Körpünün şimal hissəsi 1967-ci ildə sel səbəbindən ziyan görmüş və 2002-ci ildə İran Mədəniyyət nazirliyi tərəfindən bərpa etdirilmişdi. Günümüzdə bu körpünün yaxınlığında yeni bir körpü salındığı üçün artıq istifadə edilmir.
Kitabəsi İran Mədəniyyət nazirliyinin verdiyi məlumata görə körpünün şərq hissəsində əvvəllər mərmərdən kitabə varimiş. Lakin günümüzdə bu kitabədən iz yoxdur. Nazirliyin qeydlərinə görə kitabə üzərində aşağıdakı sözlər yazılmışdı:
""
Kitabənin tərcüməsi isə belədir: "Bu körpünü Hacı Məhəmməd Bağır bin Əli Sultan hicri 1030-cu ildə inşa etdirib." Memarlıq xüsusiyyətləri Xanəgah körpüsü Səhənd dağ silsiləsi ilə axan Xanəgah çayı üzərində tikilmişdir. Körpünün uzunluğu 24 m, eni 4,5 m və hündürlüyü isə 4,6 m-dir. Körpü daş və kərpicdən tikilib. Əvvəllər körpünün üç guşəli tağları var idi. Günümüzdə isə bu tağların şimal hissəsi sel nəticəsində dağıdılıb və onun yerində tikilən yeni dayaqlar çox uyğun olmayan şəkildə dairəvi hala salınıb. Sivri uclu tağların hündürlüyü 3,5 m, eni 5 m-dir. Körpü daş və əhəngdən hazırlanmış üç dayaq üzərində yerləşdirilib. Bu dayaqların üzəri yonma daşdandır. Körpünün mənbə hissəsində iki ədəd sel yaran var. Onlardan biri zərər görüb digəri isə demək olar ki, torpağın altındadır. Mənsəb qismində aşağı tərəfdə iki ədəd daban var. Bu körpünün səkiləri alternativ üsulla daş və kərpicdən tikilib və hündürlükləri təxminən 1 m-dir. Körpüdə heç bir ornament yoxdur.
Material və texnika: Körpü daş və kərpicdən tikilmişdir. İstinadlar
Həmçinin bax Qarı körpüsü Acıçay körpüsü Mənbə MOHSENİ TAZEHKAND. TARİHİ ALANLARIN KORUNMASI VE İYİLEŞTİRİLMESİNİN MEKANSAL, SOSYAL VE EKONOMİK ETKİLERİNİN ANKARA HAMAMÖNÜ YENİLEME ALANI ÇERÇEVESİNDE DEĞERLENDİRİLMESİ VE MERAGA KENTİ MOLLA RÜSTEM -HAMAM TARİHİ ALANI İÇİN ÖNERİLERİN GELİŞTİRİLMESİ. Gazi Universitesi. 2018.
Xarici keçidlər