thumb|upright=1.5|Malta, Marsada Türk Hərbi Qəbiristanlığı (Osmanlı), 1874-cü ildə Maltalı memar Emanuele Luigi Galizia tərəfindən Moorish Revival memarlığı|Neo-mağribi planları əsasında inşa edilmişdir. Maltada islam — Malta əsasən xristian ölkəsidir və 2021-ci il siyahıyaalınmasına əsasən İslam dini əhalinin təxminən 3,9%-ni əhatə edir.

Tarixi Ərəblər 870-ci ildə Siciliyanı fəth etdikdən sonra İslam Maltaya yayıldı. Malta tarixində İslam dövrü nisbətən az öyrənilmişdir. 1091-ci ildə adanın Normanlar tərəfindən tutulmasından sonra Malta xristianlığa qayıtdı. Müsəlmanlara 13-cü əsrə qədər dinlərinə etiqad etməyə icazə verildi. Bəzi hesablamalara görə, ümumi əhalinin 95–98%-nin mənsub olduğu Roma Katolik Kilsəsi ilə müqayisədə Maltada müsəlman icması nisbətən kiçikdir. Ölkədə 3.000-ə yaxın müsəlmanın olduğu təxmin edilir ki, onlardan 2.250-si əcnəbi, 600-ü sonradan vətəndaşlıq alan, 150-si isə yerli Malta sakinləridir. Onlar əsasən müsəlman kişilərlə evlənərək İslamı qəbul etmiş qadınlardır. Ölkədə bir məscid və bir müsəlman ibtidai məktəbi var. Məscid 1978-ci ildə İslamı bütün dünyaya yaymaq üçün Liviya hökumət təşkilatı olan Dünya İslam İcması tərəfindən açılmışdır.Kenneth M. Setton, "The Byzantine Background to the Italian Renaissance" in Proceedings of the American Philosophical Society, 100:1 (Feb. 24, 1956), pp. 1–76.

Həmçinin bax Malta tarixi

İstinadlar

Kateqoriya:Maltada islam Kateqoriya:İslam