Kosovo Respublikası 2008-ci ildə müstəqilliyini elan etdikdən daha öncə, 2002-ci ildə birtərəfli qaydada avronu öz valyutası kimi qəbul etdi. Baxmayaraq ki, Kosovo Avrozonanın və ya Avropa İttifaqının üzvü deyildi.
1999-cu ildən əvvəlki vəziyyət təyin olunmasından öncə Kosovo, Yuqoslaviya ilə iqtisadi əlaqədə idi və valyuta kimi Yuqoslaviya dinarı istifadə olunurdu, lakin Yuqoslaviyadakı inflyasiya və gərginlik Yuqoslaviya dinarına olan etibarı azaltdı. Bunu görən əhali öz səhmlərini xarici valyutalarda saxlamağı üstün tuturdu. Əsasən alman markı, ABŞ dolları və isveçrə frankı istifadə olunurdu.
Alman markının istifadəsi
Müxtəlif valyutaların istifadə olunmasına baxmayaraq, alman markası üstünlük təşkil edirdi. 1999-cu ilin sentyabrında BMT-nin administrasiyası digər valyutaların istifadəsini tənzimləyən qərar qəbul etdi. Yuqoslaviya dinarı rəsmi olaraq dövriyyədən çıxarılmadı, lakin istifadəsi "məsləhət görülmürdü". Digər valyutaların istifadəsi isə davam edirdi. vəziyyətdən gec xəbər tutduğuna görə Kosovaya əvəz olunması üçün yeni əskinsalar göndərməmişdi, lakin alman markının idxalına və ixracına heç bir qadağa qoyulmadığına görə xaricdə işləyən bir çox kosovalı ölkəyə bu valyutada pul göndərirdi ki, bu da Kosovada pul kütləsinin artmasına səbəb oldu.
Avroya keçid Almaniya kimi Kosovo Respublikası da avronu 2002-ci il yanvarın 1-dəv valyuta kimi qəbul edib. 9 mart 2002-ci il tarixinə qədər alman markı Kosovoda qanuni ödəniş vasitəsi olaraq qaldı. Avroya keçid Avropa Mərkəzi Bankı və avro zonasının bir sıra milli bankları ilə əməkdaşlıq nəticəsində əldə edilib.Bevölkerung am 1. Januar (seit 2008), Eurostat, epp.eurostat.ec.europa.eu. 2001-ci ilin dekabrına qədər Kosovodakı Bankçılıq və Ödənişlər İdarəsinə təxminən 100 milyon avro nağd pul göndərilmişdi. Kosovonun özündə heç bir valyuta çap olunmur.
Avropa İttifaqına üzvlük Kosovo Avropa Birliyinə üzv olmaq üçün potensial namizəddir. Avropa Komissiyası bəzi ölkələrin birtərəfli qaydada avronu rəsmi valyuta kimi qəbul etməsinə narazılığını bildirib. Buna görə Kosovanın Aİ-yə daxil olub-olmayacağı hələ də qeyri-müəyyən olaraq qalır." 2002-ci ildə eyni qaydada avronu valyuta kimi qəbul edən Monteneqronun şazişindəki əlavədə qeyd olunub: "Avronun birtərəfli qaydada tətbiqi şazişə ilə uyğun gəlmir". Bu məsələnin üzvlüklə bağlı danışıqlar prosesi zamanı həll olunacağı gözlənilir. Diplomatlar təklif edirlər ki, ölkələr avronu dövriyyədən çıxarmağa məcbur edilməyəcək.
Həmçinin bax Kosovo iqtisadiyyatı
İstinadlar
Kateqoriya:Avro Kateqoriya:Kosovo iqtisadiyyatı