Celfahttp://climatebase.ru/station/60535/?lang=en/ Celfa — Əlcəzairin Celfa vilayətinin mərkəzi şəhəridir. Əhalisi 2018-ci il siyahıya alınmasına görə 490.248-dir.
Coğrafiya Celfa Əlcəzairin şimal-orta bölgəsində Ouled Nail sıra dağlarında,1138 m yüksəkliktə yerləşir.
İqlim Celfanın yerləşdiyi ərazi Subtropik iqlimin Aralıq dənizi tipinin hakim olduğu bir yerdir. Bu səbəblə burada yağıntılar əsasən qışda düşür və yayda isti-quru hava müşayiət olunur.
Tarix Bölgə e.ə 7000-dən 5000-ə qədər uzanan neolit dövründə qaya oymalarının bolluğu ilə diqqət çəkir. Celfa şəhərinin şimalında daş duzların və marnların yağış nəticəsində aşınması ilə yaranan Roşer de Sel duz qayası vardır. Roma dönəmində Celfanın yerləşdiyi yerdə Fallabahttp://www.gcatholic.org/dioceses/former/t0760.htm/ Fallaba adlı şəhər var olmuşdur, bu şəhər son antik dövrə qədər mövcud olmuşdur. Dini tarix Vandal krallığı və Roma imperiyası dönəmində qədim bir yepiskopluğun mərkəzi olmuşdur. Roma Afrikasındakı bir çox yepiskopluq kimi bu yepiskopluqda Ərəblərin Məğribi fəthindən sonra ləğv edildi.1933-cü ildə yepiskopluq Latın Katolik Yepiskopluğu adı ilə bərpa edildi.
Etnik tərkibi Əhalisi Biskra, Msila və səhra Atlaslarında yaşayan Ouled Nail qəbiləsindən olan insanlardır.
Həmçinin bax Cicəl
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri