Süleyman Zeynalov ( ) — Azərbaycan Respublikasının əməkdar artisti
Həyatı 1953-cü ildə müəllim ailəsində dünyaya anadan olmuşdur. 1974-cü ildən professional səhnəyə qədəm qoymuşdur. Orta təhsilini Yasamal rayonu 161 nömrəli məktəbdə almışdır. Asəf Zeynallı adına Musiqi Texnikumunda, daha sonra isə M. Əliyev adına Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) təhsil almışdır.
Fəaliyyəti Musiqi fəaliyyəti 1974-cü ildən professional səhnəyə qədəm qoymuşdur. Orta məktəbdə təhsil aldığı illərdən elə səhnədə ilk çıxışları ilə diqqət çəkə bilmişdi. Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun "Bənövşə" xorundan başlayan musiqi ifasına başlamışdır. Amaliya Pənahova, Flora Kərimova, Firuzə İbadova ilə birgə çıxışlar edib. 1977-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının kapella xorunda çalışan müğənni daha sonra "Azkonsert"in solisti kimi fəaliyyətini davam etdirib, burada 40 ilə yaxın çalışıb. Şövkət Ələkbərova, İslam Rzayev, Mirzə Babayev, Elmira Rəhimova kimi sənətkarlarla uzun müddət bir yerdə çalışıb. Təranə" gənclik ansamblına da solisti olub. Əməkdar incəsənət xadimi Gülarə Əliyevaın əhbərlik etdiyi "Dan ulduzu" instrumental ansamblında işləmişdir. 50-dən artıq ifası "qızıl fond"da qorunur.
Film və tamaşalarda iştirakı Mirzə İbrahimovun "Kəndçi qızı" əsərinin tamaşasında Xalq artisti Sevda İbrahimovanın, İlyas Əfəndiyevin "Büllur sarayda" tamaşasında Oqtay Kazıminin bəstəsi olan mahnılar da ifasında səslənib. Xalq artisti Şəfiqə Axundovanın "Gəlin qayası" operasında balaca çoban, rejissor Ceyhun Mirzəyevin lentə aldığı "Fəryad" filmində oynadığı Şarl Aznaur içik planlı obrazını yaratmışdır.
Haqqında yazılanlar Xalq artisti Tofiq Quliyev 1990-cı ildə "Bakı" qəzetində müğənni haqqında "Ürəkdən gələn səs" adlı məqalə dərc etdirib. Böyük bəstəkar məqalədə yazırdı:
Təltifləri Azərbaycan mədəniyyətinin və musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülüb.
İstinadlar
Xarici keçidlər
Əməkdar artist Süleyman Zeynalov qonağımızdır Səninlə olsam — Süleyman Zeynalov