Kufoba — Azərbaycan Respublikasının Qusar rayonunun Şirvanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.
Toponimikası Kufoba oyk, mür. Dağətəyi ərazidədir. Bəzi tədqiqatçılara görə, oykonim ləzgi dilində "qıraq" mənasında işlədilən kuf/kyuf və oba sözlərindən ibarət olub, "qıraq oba, ucqar oba" mənasındadır. Digərlərinə görə isə, kuf sözü ləzg. "başlanğıc, birinci" deməkdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 438 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri