Vittoriya Kolonna (; ) — Peskara markizası, italyan əsilzadə, İntibah dövrü italyan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri. Həyat yoldaşı əsir düşmüş evli zadəgan qadın olan Vittoriya, İskiya və Neapolun zadəgan dairələri ilə yaxşı münasibətlər qurmağa nail olmuşdu. Vittoriya Kolonnanın erkən yaradıcılığı yalnız 1510-cu illərin sonlarında diqqət çəkməyə başlamışGibaldi, Joseph. "Vittoria Colonna: Child, Woman, and Poet." In Women Writers of the Renaissance and Reformation. Ed. Katharina Wilson. Athens, GA, 1987: pp. 23–24., sonradan o, XVI əsr İtalyan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi qəbul edilmişdir. Həyat yoldaşının vəfatından sonra Vittoriya özünü Roma monastırlarından birində qapatmışdır. Ömrünün sonuna kimi dünyəvi insan olaraq qalsa da, monastırda yaşadığı dövrdə dinə baxışı ciddi şəkildə dəyişmiş və qatı dindar olmuşdur. 1537-ci ildə Vittoriya Kolonna Mikelancelo ilə tanış olmuş və ölümünə kimi, Mikelancelonun muzası olmuşdur.

İstinadlar

Kateqoriya:Sonetyerlər Kateqoriya:Muzalar Kateqoriya:D'Avalos ailəsi Kateqoriya:Mikelancelo Kateqoriya:İtalyan intibahı yazıçıları Kateqoriya:XVI əsr İtaliya yazıçıları Kateqoriya:XVI əsr İtaliyanın qadın yazıçıları Kateqoriya:XVI əsr İtaliya zadəganları Kateqoriya:İtaliyanın qadın şairləri Kateqoriya:Kolonna ailəsi Kateqoriya:İtaliya qadınları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri