Elgiz Elşad oğlu Əlizadə () — Azərbaycanlı kapoeyraçı, idman ustası, beynəlxalq dərəcəli hakim, Azərbaycan Kapoeyra Federasiyasının 1-ci vitse prezidenti, Məşqçilər kollegiyasının sədri və baş məşqçisi, Ümumdünya Kapoeyra Federasiyasının () baş katibi, Kapoeyra üzrə 5 qat Azərbaycan çempionu.
Elgiz Əlizadə Azərbaycanda ilk dəfə olaraq kapoeyra yarışları üzrə idmançıları qiymətləndirmə və elektron formatda səs vermə üsullarının müəllifidir. Bundan əlavə Ümumdünya Kapoeyra Federasiyasının yarış qaydaları müəlliflərindən biridir.
Azərbaycan Gənclər Fondu, Baziliyanın Azərbaycandakı səfirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və bir sıra hökumət və qeyri-hökumət təşkilatları ilə bədən tərbiyəsi və idman sahəsində layihələrin təşkilatçısıdır.
Həyatı Elgiz Elşad oğlu Əlizadə 11 iyun 1992-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub.
1999–2010-cu illərdə Bakı ş., Yasamal rayonu 158 saylı orta ümumtəhsil məktəbində tam orta təhsil alıb. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Məşqçilik fakültəsində Atletika ixtisası üzrə ali təhsil alıb. 2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Menecment fakültəsinə daxil olub.
2004-cü ildən kapoeyra idman növüylə məşğuldur. Bu illər ərzində 5 dəfə respublika çempionu, beynəlxalq turnirlərin qalibi olub. 2010–2015-ci illər ərzində Fransa, Portuqaliya, Braziliya və s. bir sıra ölkələrdə beynəlxalq seminarlarda iştirak edib.
2016-cı ildə Azərbaycan Gənclər Fondunun dəstəyi ilə keçirilən "Tələbələr arasında streetball turniri"nin layihə rəhbəri olub.
2018-ci ildən etibarən Azərbaycan Kapoeyra Federasiyasının (AKF) Məşqçilər kollegiyasının sədri və baş məşqçisidir.
2018–2020-ci illərdə Ümumdünya Kapoeyra Federasiyası (ÜKF) () və College of Sports and Fitness tərəfindən C və D kateqoriyalı hakim imtahanlarını uğurla başa vuraraq beynəlxalq dərəcəli hakim () adını qazanıb. Bu kateqoriyalar üzrə bir sıra beynəlxalq yarışlarda (Estonian Open 2019, JOGA LEGAL U18, Budapest Open 2022) hakimlik edib. Hazırda Ümumdünya Kapoeyra Federasiyasının A kateqoriyalı hakimi kimi fəaliyyət göstərir. 2026-cı ildə Türkiyənin Samsun şəhərində Ümumdünya Kapoeyra Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq hakimlik kursuna rəhbərlik edib..
2019-cu ildən etibarən ÜKF Təşkilat komitəsinin üzvüdür. 2022-ci ildən etibarən ÜKF-nin idarə heyətinin üzvüdür.
2022–2023-cü illərdə keçirilmiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və AKF-nin "Münaqişədən sonra uşaq və gənclərə dəstək" () layihəsinin supervizoru olub.
2023-cü ildən etibarən Azərbaycan Kapoeyra Federasiyasının 1-ci vitse prezidentidir.
2024-cü ildə Azərbaycanın 4-cü prezidenti İlham Əliyev tərəfindən mənzillə mükafatlandırılıb. Mənzilin orderi həmin ilin dekabrında şəxsən İlham Əliyev tərəfindən idman yekunlarına həsr olunan mərasimdə ona təqdim edilib.
Azərbaycan, ingilis, ispan və portuqal dillərini bilir. Ailəlidir.
Həmçinin bax
Ümumdünya Kapoeyra Federasiyası Azərbaycan Kapoeyra Federasiyası
İstinadlar
Xarici keçidlər
Braziliya Televiziyası Azərbaycanda maraqlı veriliş hazırlayıb – VİDEO Azərbaycanlı uşaq ermənini belə məğlub etdi — FOTOLAR + VİDEO