Əliabbas Rzazadə (21 may 1998; Astara rayonu, Azərbaycan) — Azərbaycanı təmsil edən sərbəst güləşçi, 2023-cü il Avropa Çempionatının qalibi.

Karyerası Əliabbas Rzazadə 2016-cı ildə Rumıniyada baş tutan gənclər arasında Avropa Çempionatının və Fransada baş tutan gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib olub.

2018-ci ildə isə Əliabbas Rzazadə Roma şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib olsa da, Trnava şəhərində baş tutan Dünya Çempionatını 8-ci pillədə başa vurdu.

Əliabbas Rzazadə 2019-cu ildə cəmi bir turnirdə — Rusiyada baş tutan Vladimir Semenovun xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə baa vurdu.

2021-ci ildə Əliabbas Rzazadə Rusiyada baş tutan Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri 8-ci pillədə başa vursa da, mayda KYRM-da U23 Avropa Çempionatının gümüş, noyabrda isə Serbiyada U23 Dünya Çempionatının qızıl medalına sahib oldu.

Əliabbas Rzazadə 2022-ci ilin fevralında Bolqarıstanda baş tutan D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib oldu. Martda isə Əliabbas Rzazadə Avropa Çempionatlarında debüt etdi. Budapeşt şəhərində (Macarıstan) baş tutan turnirin final görüşündə KYRM nümayəndəsi Vladimir Yegorova məğlub olan Əliabbas Rzazadə Avropa Çempionatını gümüş medalla başa vurdu. Daha sonra Əliabbas Rzazadə iyunda Roma şəhərində Matteo Pellicone Turnirinin qalibi oldu, avuqstda isə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının bürünc medalına sahib oldu. Sentyabrda Belqrad şəhərində (Serbiya) Dünya Çempionatlarında debüt edən Əliabbas Rzazadə turniri 12-ci pillədə başa vurdu.

2023-cü ildə Əliabbas Rzazadə əvvəlcə Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirinin qalibi oldu. Daha sonra isə Əliabbas Rzazadə Avropa Çempionatında mübarizə apardı. Apreldə Zaqreb şəhərində (Xorvatiya) baş tutan turnirin final görüşündə Süleyman Atlı üzərində qələbə qazanan Əliabbas Rzazadə Avropa Çempionatının qızıl medalına sahib oldu. İyulda Polşada Poland Open beynəlxalq turnirinin bürünc medalına sahib olan Əliabbas Rzazadə sentyabrda Serbiyada Dünya Çempionatını 14-cü pillədə başa vurdu.

Əliabbas Rzazadə 2024-cü ilin yanvarında Xorvatiyada Zagreb Open beynəlxalq turnirini bürünc medalla başa vurdu. Apreldə isə Əliabbas Rzazadə Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12016Gənclərin Avropa Çempionatı Rumıniya3.2Gənclərin Dünya Çempionatı Fransa3.32018Gənclərin Avropa Çempionatı İtaliya3.4Gənclərin Dünya Çempionatı Slovakiya8.52019V. Semenov Turniri Rusiya8.62021U23 Avropa Çempionatı KYRM2.7Ə. Əliyev Turniri Rusiya8.8U23 Dünya Çempionatı Serbiya1.92022D. Kolov - N. Petrov Turniri Bolqarıstan3.10Avropa Çempionatı Macarıstan2.11Matteo Pellicone Turniri İtaliya1.12İslam Həmrəyliyi Oyunları Türkiyə3.13Dünya Çempionatı Serbiya12.142023Zagreb Open Xorvatiya1.15Avropa Çempionatı Xorvatiya1.16Poland Open Polşa3.17Dünya Çempionatı Serbiya14.182024Zagreb Open Xorvatiya3.19Polya İmre Turniri Macarıstan5.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Astara rayonunda doğulanlar Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan idmançıları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları