Həsən Rebaç (; ) — Bosniya əsilli Yuqoslaviya yazıçısı və siyasətçisi.
Həyatı Həsən Rebaç 1894-cü ildə Mostarda anadan olmuşdur. O, 1921-ci ilin aprelində Serbiya yazıçısı Aniça Saviç ilə evlənmişdir. Rebaç 1930-cu ilin payızında həyat yoldaşı ilə birlikdə Şimali Makedoniyanın Skopye şəhərinə köçmüşdür. Onlar 1941-ci ildə Yuqoslaviyanın işğalına qədər orada qalmış, sonra Belqrada məcburi köçkün kimi getmişdilər. Rebaç 4 avqust 1953-cü ildə ağır xəstəlikdən vəfat etmişdir. Həmin gecə onun həyat yoldaşı Aniça biləklərini kəsərək intihara cəhd etmişdir, lakin uğursuz olmuşdur. O, iki ay sonra ürəyinə tapança ilə atəş açaraq intihar etmişdir.
İstinadlar
Kateqoriya:Bosniya və Herseqovina yazıçıları Kateqoriya:Yuqoslaviya siyasətçiləri