Yan Ryapoş (; ) — Stolüstü tennis üzrə yarışan slovakiyalı paralimpiyaçı. Dördqat Paralimpiya çempionu və gümüş medalçı. Yalnız Henrite Farkasdan geri qalır (5 qızıl, 1 gümüş, 1 bürünc medal). O, Slovakiya Paralimpiya Komitəsinin sədri və Slovakiya Əlil Atletlər Assosiasiyasının sədridir. O, hazırda 2-ci idman sinfində dördüncü, əlil arabası idmanı kateqoriyasında isə 61-ci yerdədir. Bioqrafiya 1993-cü ildə avtomobil qəzasına düşərək onurğa beynini zədələyir.

İdman 2012-ci ildə Londonda keçirilən Yay Paralimpiya Oyunlarında o, Rastislav Revutski və Martin Ludrovski ilə birlikdə həm fərdi, həm də komanda yarışında qalib gələrək ən böyük uğura imza atır.

2016-cı ildə 47 yaşında Rioda keçirilən Paralimpiya Oyunlarında iştirak edib. Şəxsi turnirdə o, 1/4 finalda çex Jiri Suhanekə uduzaraq, nəticədə beşinci olur. Komanda dördüncü olmuşdur.

İdmandan kənar 2002-ci ildən Ryapoş Slovakiya Əlil İdmançılar Assosiasiyasının sədri, 2003-cü ildən isə Slovakiya Paralimpiya Komitəsinin sədridir.

31 avqust 2006-cı ildə Slovakiya Prezidenti İvan Qasparoviç ona əlillər üçün idmanın inkişafında müstəsna xidmətlərinə görə üçüncü dərəcəli Lüdovit Ştur ordeni təqdim edir.

Yan Ryapoş Trnava Universitetinin Sağlamlıq və Sosial İş fakültəsində sosial elmlər üzrə təhsil alıb.

2014-cü il prezident seçkilərinin birinci turundan əvvəl o, Robert Fikonun namizədliyini açıq şəkildə dəstəkləyir.

19 noyabr 2018-ci il tarixində Müqəddəs Yelizaveta Sağlamlıq və Sosial İş Kollecində Yan Ryapoşa Fəxri Doktor (Fəlsəfə doktoru) adı verilir. İstinadlar

Mənbə Yan Ryapoş Kateqoriya:2024 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2020 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2004 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2008 Yay Paralimpiya Oyunlarında medal qazananlar Kateqoriya:2012 Yay Paralimpiya Oyunlarında medal qazananlar