Jalə Kamal qızı Əliyeva () — Azərbaycanı təmsil edən qadın güləşçi; Avropa Çempionatının gümüş medalçısı (2024); U23 Avropa Çempionatının 2022 və 2024-cü illərdə çempionu; 2024-cü il U23 Dünya Çempionatının və 2025-ci ildə VI İslam Həmrəyliyi Oyunlarının qalibi.
Jalə Əliyeva U23 Avropa və Dünya Çempionatlarının qalibi olmağı bacaran birinci və yeganə azərbaycanlı qadın güləşçisidir. Həmçinin Jalə Əliyeva Azərbaycan güləşinin yetişdirdiyi qadın idmançılar arasında Sona Əhmədlidən sonra Avropa və Dünya Çempionatlarında ciddi uğurlara imza atmağı bacaran ikinci güləşçi hesab olunur.
Həyatı Jalə Kamal qızı Əliyeva 1 fevral 2001-ci ildə Gəncə şəhərində anadan olub. Yeddi yaşından güləşlə məşğul olmağa başlayıb. Əvvəlcə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Elçin Əliyevin rəhbərliyi altında məşq edib. 2015-ci ildən isə Həsrət Məmmədyarovun rəhbərliyi altında məşq edir. Hazırda Neftçi İdman Klubunun üzvüdür. 2018-2022-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb.
Karyerası 2016-ci il: U17 Avropa Çempionatında "gümüş" Jalə Əliyevanın beynəlxalq arenada debütü 2016-cı ilin 18-24 iyulunda İsveçdə baş tutan 17 yaşlılar arasında Avropa Çempionatına təsadüf etdi. Turnirin təsnifat mərhələsində onun rəqibi Azərbaycan nümayəndəsi Alina Zokoyeva oldu. Həmin görüşdə Jalə Əliyeva rəqibi üzərində 35 saniyə ərzində "tuş"la qələbə qazandı (4:0) və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə o, Türkiyə güləşçisi Zeynep Yetgil ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Jalə Əliyeva rəqibinə 12:6 hesabı ilə qalib gəldi və çempionatın 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Rusiya nümayəndəsi Olqa Qurova oldu. Bu görüşdə Jalə Əliyeva rəqibi üzərində 1:44 dəqiqə ərzində "tuş"la qələbə qazandı (6:4) və U17 Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda isə o, Ukrayna güləşçisi Veronika Ryabolova oldu. Rəqib U17 Dünya Çempionatının bürünc medalçısı, həmçinin U17 Avropa Çempionatının 2014-cü ildə qalibi, 2015-ci ildə isə finalçısı olmuş təcrübəli və titullu güləşçi idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Jalə Əliyeva rəqibi üzərində 16:11 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Almaniya güləşçisi Emili Hasse oldu. Bu görüşdə gərgin və bərabər idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə görüş 16:16 hesabı ilə başa çatdı və qaydalara əsasən son xalı rəqib qazandığına görə görüşün qalibi oldu, 15 yaşlı Jalə Əliyeva isə debüt turnirində — 17 yaşlılar arasında Avropa Çempionatında gümüş medalın sahibi oldu.
Jalə Əliyeva üçün ilin əsas turniri 12-18 sentyabrda Gürcüstanın Tbilisi şəhərində baş tutan 17 yaşlılar arasında Dünya Çempionatı oldu. Turnirin təsnifat mərhələsində Jalə Əliyevanın rəqibi Yaponiya nümayəndəsi Yui Susaki oldu. Rəqib 2014 və 2015-ci illərdə U17 Dünya Çempionatının qalibi olmuş təcrübəli güləşçi idi. Həmin görüşdə Jalə Əliyeva rəqibinə 0:10 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Jalə Əliyeva bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı. Birinci təsəlliverici görüşdə onun rəqibi Belarus nümayəndəsi Yuliya Jauneri oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Jalə Əliyeva rəqibinə 8:6 hesabı ilə qalib gəldi. Növbəti təsəlliverici görüşdə isə o, Rumıniya güləşçisi Denisa Fodor oldu. 2:52 dəqiqə davam edən görüşdə Jalə Əliyeva rəqibinə "tuş"la qalib gəldi (7:4) və turnirin bürünc medal uğrunda görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Meysi Kilti oldu. Bu görüşdə Jalə Əliyeva rəqibinə 2:13 hesabı ilə məğlub oldu və 17 yaşlılar arasında Dünya Çempionatını beşinci pillədə başa vurdu.
2017-ci il: Uğursuz mövsüm 2017-ci ildə də Jalə Əliyeva U17 Avropa və Dünya Çempionatlarında mübarizə apardı. Bu səfər o, 49 Kg. əvəzinə 56 Kg. turnirlərində çıxış etdi və bu onun nəticələrinə ciddi təsir etdi. 24-30 iyulda Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan 17 yaşlılar arasında Avropa Çempionatında Jalə Əliyeva 1/8 final mərhələsində Almaniya nümayəndəsi Anastasiya Blayvasa 4:11 hesabı ilə məğlub oldu. Rəqib 1/4 final mərhələsində məğlub olduğu üçün Əliyeva bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi və U17 Avropa Çempionatını 20 güləşçi arasında 12-ci pillədə başa vurdu.
4-10 sentyabrda Yunanıstanın Afina şəhərində baş tutan ilin əsas turnirində — 17 yaşlılar arasında Dünya Çempionatında da Jalə Əliyeva birinci görüşdəcə məğlub oldu. Təsnifat mərhələsindən azad olan Əliyeva turnirin 1/8 final mərhələsində İspaniya güləşçisi Laura Gomeza 3:13 hesabı ilə məğlub oldu və U17 Dünya Çempionatını 22 güləşçi arasında 12-ci pillədə başa vurdu.
2018-ci il: U17 Dünya Çempionatında beşinci pillə 2018-ci ildə 17 yaşlı Jalə Əliyeva sonuncu dəfə U17 Dünya və Avropa Çempionatlarında mübarizə apardı. Bu səfər o, ötən mövsümdən fərqli olaraq 56 Kg. əvəzinə 61 Kg. turnirlərində çıxış etdi. 2018-ci ildə onun birinci nüfuzlu turniri 14-20 mayda KYRM-da baş tutan 17 yaşlılar arasında Avropa Çempionatı oldu. Bu turnirdən əvvəl o, apreldə Kocaelidə baş tutan XXI beynəlxalq Zəfər Turnirinin qalibi oldu. U17 Avropa Çempionatında isə Jalə Əliyeva bu səfər də uğursuzluğa düçar oldu. Turnirin 1/8 final mərhələsində o, Polşa nümayəndəsi Zofiya Polovçixa 6:16 hesabı ilə məğlub oldu. Rəqib 1/4 final mərhələsində məğlub olduğu üçün Jalə Əliyeva bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq şansını da itirdi və U17 Avropa Çempionatını 18 güləşçi arasında 12-ci pillədə başa vurdu.
İlin əsas turniri hesab olunan U17 Dünya Çempionatında isə Jalə Əliyeva uğursuzluq zolağına müəyyən qədər son qoymağı bacardı. 2-8 iyulda Xorvatiyanın Zaqreb şəhərində baş tutan turnirin 1/8 final mərhələsində onun rəqibi Qırğızıstan nümayəndəsi Sezim Cümənəzərova oldu. Həmin görüşdə Jalə Əliyeva rəqibi üzərində üç dəqiqə ərzində "tuş"la qələbə qazandı (12:5) və 1/4 final mərhələsinə adladı. Bu mərhələdə o, Çin güləşçisi Qin Cao ilə üz-üzə gəldi. Həmin görüşdə Əliyeva rəqibinə 0:11 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Jalə Əliyeva bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Anastasiya Qrança oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Əliyeva məğlub vəziyyətdə olsa da 1:32 dəqiqədə rəqibinə "tuş"la (3:2) qalib gəldi və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Hindistan güləşçisi Anşu Anşu ilə üz-üzə gəldi. Həmin görüşdə Jalə Əliyeva rəqibinə 0:10 hesabı ilə məğlub oldu və U23 Dünya Çempionatını beşinci pillədə başa vurdu.
2019-cu il: 20 yaşlılarda uğursuz debüt 2019-cu ildən etibarən Jalə Əliyeva 20 yaşlılar arasında baş tutan beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. Mövsümün əvvəlində, apreldə o, Antalya şəhərində baş tutan XXII beynəlxalq Şampiyonlar Turnirində bürünc medalın sahibi oldu. Həmin ilin 2-10 iyununda isə Jalə Əliyeva İspaniyanın Pontevedra şəhərində baş tutan 20 yaşlılar arasında Avropa Çempionatında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Jalə Əliyeva Moldova nümayəndəsiİrina Rinqaçiyə "tuş"la (0:2) məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Jalə Əliyeva bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı. Təsəlliverici görüşdə onun rəqibi İtaliya nümayəndəsi Morena de Vita oldu. Gərgin və bərabər idman mübarizəsi şəraitində baş tutan görüşdə Əliyeva rəqibi üzərində 11:10 hesabı ilə qələbə qazandı və bürünc medal uğrunda görüşə vəsiqə qazandı. Həlledici görüşdə isə o, Ukrayna güləşçisi Katerina Zelenıx ilə üz-üzə gəldi. Bu görüşdə gərgin və bərabər idman mübarizəsi şəraitində baş tutdu və bu səfər Jalə Əliyeva rəqibinə 6:9 hesabı ilə məğlub olaraq U20 Avropa Çempionatını beşinci pillədə başa vurdu.
İlin əsas turniri 12-18 avqustda Estoniyanın Tallin şəhərində baş tutan 20 yaşlılar arasında Dünya Çempionatı oldu. Turnirin 1/8 final mərhələsində Jalə Əliyeva Yaponiya nümayəndəsi Yuzuka İnagaki ilə üz-üzə gəldi. Həmin görüşdə Əliyeva rəqibinə 2:13 hesabı ilə məğlub oldu. Rəqib final görüşünə vəsiqə qazandığına görə Jalə Əliyeva bürünc medal uğrunda təsəlliverici qrupda mübarizə apardı. Amma bu görüşdə də Əliyeva uğursuzluğa düsar oldu. Kanada güləşçisi Ana Gonideza 0:10 hesabı ilə məğlub olan Jalə Əliyeva U20 Dünya Çempionatını 11-ci pillədə başa vurdu.
Noyabrda Jalə Əliyeva qadın güləşi üzrə açıq Rusiya Çempionatının bürünc medalına sahib oldu.
2021-ci il: U20 Dünya Çempionatında "bürünc" Dünyanı cənginə alan COVID-19 pandemiyası səbəbilə 2020-ci il ərzində yeniyetmələr arasında Avropa və Dünya Çempionatları baş tutmadı. Pandemiyadan sonra Jalə Əliyevanın birinci turniri 2021-ci ilin 28 iyun-4 iyulunda Almaniyanın Dortmund şəhərində baş tutan 20 yaşlılar arasında Avropa Çempionatı oldu. Bu turnirdə də Əliyeva uğursuz çıxış etdi. Turnirin təsnifat mərhələsindəcə Xorvatiya nümayəndəsi İva Geriça 6:13 hesabı ilə məğlub olan Jalə Əliyeva U20 Avropa Çempionatını 12 güləşçi arasında 8-ci pillədə tamamladı.
Jalə Əliyevanın növbəti turniri 16-22 avqustda Rusiya Federasiyasının Ufa şəhərində baş tutan 20 yaşlılar arasında Dünya Çempionatı oldu. İyunda baş tutan U20 Avropa Çempionatından fərqli olaraq Əliyeva bu səfər 62 Kg. əvəzinə 59 Kg. turnirində çıxış etdi və buna ona uzun fasilədən sonra növbəti medalı qazandırdı. Turnirin təsnifat mərhələsindən azad olan Əliyeva 1/4 final mərhələsində Polşa nümayəndəsi Alexandra Vitos ilə üz-üzə gəldi. Həmin görüşdə Əliyeva rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və çempionatın yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Rusiya güləşçisi Anastasiya Sidelnikova oldu. Bu görüşdə Əliyeva rəqibinə 0:10 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam etdi. Həlledici görüşdə o, Hindistan nümayəndəsi Kusum Kusum ilə üz-üzə gəldi. Gərgin və bərabər idman mübarizəsi şəraitində baş tutan görüşdə Jalə Əliyeva rəqibi üzərində 3:1 hesabı ilə qələbə qazandı və U20 Dünya Çempionatının bürünc medalına sahib oldu. Bununla da o, beynəlxalq turnirlərdə beş ildir davam edən uğursuzluq seriyasına son qoymağı bacardı.
Həmin ilin 1-7 noyabrında isə Jalə Əliyeva Serbiyanın Belqrad şəhərində baş tutan 23 yaşlılar arasıda Dünya Çempionatında mübarizə apardı. Bu onun 23 yaşlılar arasında baş tutan beynəlxalq turnirlərdə debütü olsa da, o, uğursuzluğa düçar oldu. Turnirin təsnifat mərhələsindəcə Serbiya nümayəndəsi Ana Fabiyana 3:6 hesabı ilə məğlub olan Jalə Əliyeva U23 Dünya Çempionatını 15 idmançı sırasında 11-ci pillədə başa vurdu.
2022-ci il: U23 Avropa çempionluğu