Köhnə Müqəddəs Pavel kafedralı () — 1666-cı ilə kimi müasir London şəhərindəki Müqəddəs Pavel kafedralının yerində mövcud olmuş kafedral kilsə. Ladqeyt-Hilldə inşa edilmiş dördüncü kilsə binası olduğu ehtimal edilir.

İnşasına 1087-ci ilin yanğınından sonra başlanmış kafedralda tikinti işləri iki yüz ildən artıq bir müddətdə davam etmiş, 1135-ci ilin yanğını isə işlərin yubanmasına səbəb olmuşdur. 1240-cı ildə kilsəyə xeyir-dua verilmiş, 1256 və 1300-cü illərin əvvəllərində kilsədə genişləndirmə işləri aparılmışdır. XIV əsrdə tikintisi tamamilə yekunlaşmış Müəddəs Pavel kafedralı dünyanın ən uzun kilsələrindən biri olmaqla, ən hündür qüllələrdən biri ilə tamamlanmış və dünyanın ən gözəl vitrajları ilə bəzədilmişdir.

Müqəddəs Erkonvaldın kafedralda yerləşən məzarı hər il zəvvarları özünə cəlb edir, kafedral isə London yepiskopluğunun mərkəzi olmaqla yanaşı həm də şəhərin ictimai həyatında aktiv iştirak edirdi; xüsusilə kafedral nefi və Müqəddəs Pavel promenadı iş danışıqları üçün etibarlı mərkəz və söhbət yeri olmuşdur. Reformasiyadan sonra, kilsə həyətində "Müqəddəs Pavel kəsişməsi" adlandırılan kafedra, radikal müəzzinlərin çıxış yeri və protestant ədəbiyyatının satış məkanı rolu oynamağa başlamışdır.

1600-cü illərdin əvvəllərində kafedral baxımsız hala düşmüşdü. 1620-ci ildə İniqo Cons tərəfindən başlamış restavrasiya işləri, İngiltərə Burjua İnqlabına (1642–1651) görə yarımçıq saxlanılır. Ser Kristofer Renin başladığı növbəti restavrasiya prosesi zamanı, 1666-cı ilin Böyük London yanğını kafedralı tamamilə məhv edir. Ren onun qalıqlarını sökərək yerində tamamilə yeni kafedral inşa edir və həmin kafedral bu günə kimi qalmaqdadır.

Tarixi

İnşaatın başlaması 170px|thumb|left|Kilsə daxilində Müqəddəs Erkonvald ziyarətgahı. Reformasiya zamanı ziyarətgah statusundan məhrum edilmiş, Böyük London yanğınında isə məhv olmuşdur. Köhnə Müqəddəs Pavel kilsəsi, ehtimal ki, Ladqeyt-hilldə Müqəddəs Pavelə ithaf olunmuş dördüncü kilsə idi. 1087-ci ildə baş vermiş yanğın nəticəsində əvvəlki məbədin böyük bir hissəsi məhv olmuşdu. Roman üslubunda yeni kilsə binasının tikilməsi üçün, Fateh I Vilhelm Flit çayı sahilində olmuş və dağıdılmış Palatin qülləsinin daşlarını kilsəyə bəxşiş etmişdir və bəzi tədqiqatçılar bunun kral tərəfindən verilmiş son göstəriş olduğuna inanırlar.

Yepiskop Moris inşaata hazırlıqlarla məşğul olsa da, işin ən vacib hissəsi onun xələfi Riçard de Bomi tərəfindən həyata keçirilmişdir. I Henrix tərəfindən güclü dəstək alan De Bominin fəaliyyəti nəticəsində kral, kilsə inşasını daşlarla təmin etmiş, Flit çayı ilə daşınan bütün inşaat materiallarını isə vergidən azad etmişdir. Eyni zamanda kral, Esseksdə balıq və vəhşi heyvan ovundan vergi toplamaq hüququnu da yepiskopa hədiyyə etmişdir. De Bomi, həm də kilsə yaxınlığında Müqəddəs Pavel məktəbinin inşası üçün də yer seçmişdir.

I Henrixin ölümündən sonra İngiltərə və Normandiya arasında qarşıdurma başlayır. İnşaat işlərinə rəhbərlik etmək, Vinçester yepiskopu Henri Bluaya etibar edilir və o, 1135-ci ildə London körpüsündə baş vermiş yanğının nəticələrini aradan qaldırmalı olur. Körpüdən başlayan yanğın şəhərin böyük bir hissəsinə yayılır və inşası tamamlanmamış kafedrala da zərər vurur. Bu dövrdə nəhəng həcmlərə malik roman üslubu erkən ingilis qotikası ilə əvəzlənir və qalın roman sütunları üzərində oxvari trifori tağları yerləşdirilir. Hələ inşa edilməmiş sütunlar isə daha nazik sütunlardan hazırlanmış qotik sütunlar dəstəsi ilə əvəz olunur. 1221-ci ildə kilsə qülləsinin inşası tamamlanır, 1240-cı ildə yepiskop Rocer Niger kilsənin təkrar xeyir-dua mərasimini keçirir.

Əlavə inşaat (1255–1314) Baş verən bir neçə tufandan sonra, 1255-ci ildə yepiskop Fulk Basset kilsənin damının təmiri üçün vəsait ayırılmasını xahiş edir. Həmin vaxt kilsənin ərazisi şərq qurtaracağından genişləndirilir və yaxınlıqdakı Müqəddəs Fe kilsəsini də tərkibinə alır (bundan sonra həmin kilsə "Müqəddəs Pavel altında Müqəddəs Fe" adlandılır). Kilsənin həmin şərq hissəsi elmi ədəbiyyatda "Əlavə inşaat" () adıyla bilinir. Əlavə inşaat işləri 1314-cü ildə tamamlansa da, onun xeyir-dua mərasimi 1300-cü ildə keçirilmişdir. Orta ingilis dilində alliterativ şerlə yazılmış "Müqəddəs Erkonvald" poeması "Əlavə inşaat"ın təsviri ilə başlayır.Anon. St. Erkenwald, sətir 39–48.

Kilsədən şərqdə, Müqəddəs Fenin girişi yaxınlığında ayrıca inşa edilmiş zəng qülləsi də saxlanılmışdı. Kral VI Eduardın hakimiyyəti dövründə Müqəddəs Fe kilsəsinin girişi İisus kapellasına köçürülmüş, 1666-cı ilin yanğınından sonra isə Müqəddəs Avqustin kapellasının Uotlinq-stritdə yerləşən girişi ilə birləşdirilmişdir.

XVI əsr tənəzzülü XVI əsrdə kilsə tədricən dağılmağa başlayır. VIII Henri və VI Eduardın hakimiyyəti dövründə həyata keçirilən İngilis Reformasiyası nəticəsində kilsələr hər növ bər-bəzəkdən məhrum edilmiş, sonradan monastırların buraxılması və müqəddəs əzalara ibadətin qadağan edilməsi nəticəsində isə kilsələrdəki kluatr, kripta, kapella və sənduqələr dağıdılır. 1549-cu ildə "Müqəddəs Pavel kəsişməsində" vəəzdən sonra aqressiv kütlə kilsənin interyerini talan edir. Müqəddəs Pavel kilsəsinin hakimiyyət tərəfindən ələ keçirilmiş hissələri mağaza yerləri kimi əhaliyə satılır, bir hissəsi isə yevangelik protestant olan kitab naşirləri və kitab dükanlarına kirayəyə verilir. Kilsə tikililərinin bir hissəsi tamamilə sökülərək başqa tikililərin inşasında xam mal kimi istifadə edilir, məsələn, lord-protektor Eduard Seymurun Somerset-haus adlı saray binasının inşasında kilsə tikililərindən sökülmüş materiallar işlədilir.

Kilsə qülləsinin dağılması

4 iyun 1561-ci ildə kafedralın qülləsində yanğın baş verir və qüllə dağılarkən nefin damını da zədələyir. Bir neçə gün sonra yanğının şimşək vurması nəticəsində meydana gəldiyi elan edilir. 1753-cü ildə "The Gentleman's Magazine" əməkdaşı Devid Henri öz kitabında eşitdiyi bir məlumat qeyd edərkən bildirir ki, ölüm yatağında olan şüşə ustası and içərək demişdir ki, nahar üçün qüllədən gedərkən yanan kömür dolu qabı içəridə qoymuşdu.

Yanğın o qədər güclü olmuşdur ki, zınqırovu əritmişdi, qülləni örtən qurğuşun isə əriyərək lava kimi kafedralın damına axmışdır. Həm katoliklər, həm də protestantlar bu yanğını bir-birinin əməlinə qarşı Tanrının qəzəbi kimi dəyərləndirmişlər. Yanğının nəticələrinin aradan qaldırılmasına kraliça I Elizabet dəstək olmuş, London yepiskopu Edmund Qrindal isə £1200 dəyərində iyanə bəxşiş etmişdir, lakin, kafedralın qülləsi bərpa edilməmişdi. Nefin damı isə o qədər pis təmir olunmuşdu ki, əlli ildən sonra artıq istifadə edilməyəcək vəziyyətə düşmüşdü.

1621–1666-cı illərin restavrasiyası 250px|thumb|right|İniqo Consun 1630-cu illərdə qərb fasadına inşa etdiyi klassik portik Vatslav Holların qravüründə (1656-cı il), London Muzeyi Kilsə binasının tənəzzülə uğramasından narahat olan İngiltərə kralı I Ceyms, klassika üslubunda yaradan memar İniqo Consa tikilinin restavrasiyasını tapşırır. Binanı artıq elementlərdən təmizləyib bərpa edən İniqo Cons, 1630-cu illərdə onun qərb fasadına klassik üslubda portik əlavə edir; bu əlavənin binanın digər hissələri ilə "tamamilə uyğunsuz" () olduğunu qeyd edən Benam, Consun bir portik və transeptə əlavələrlə məhsuslaşdığına sevinir.

1642–1651-ci illərdə baş vermiş İngiltərə burjua inqlabı restavrasiya işlərinin dayandırılmasına səbəb olur, Parlament ordusu isə kafedral binasına zədələr vurur; kilsənin nefindən at tövləsi kimi istifadə edilir, qədim sənəd və xartiyaların bir hissəsi itirilir, bir hissəsi isə məhv edilir. Protektorat dövründə xristian dünyasının ən mühüm tikililərindən biri olan Müqəddəs Pavel kilsəsinin sökülmə təhlükəsi ilə üzbəüz qalmasından qorxan elm xadimi Uilyam Daqdeyl tərəfindən 1658-ci ildə tələm-tələsik yazılmış "Müqəddəs Pavel kilsəsinin tarixi" () kitabı, Köhnə Müqəddəs Pavel kafedralı haqqında bu gün bilinən əksər məlumatların əsas mənbəyidir. Protektorat dövründə gəzən şayiələrdə bildirilirdi ki, Kromvel, Müqəddəs Pavel kafedralını sinaqoq kimi istifadə etmələri üçün yəhudilərə bağışlamağı planlaşdırır. Daqdeylin kitabı yazmağa ilhamlandıran əsas səbəblərdən biri də, dağılmaqda olan kafedralın arxivindən çürüyən XIV–XV əsr sənədləri ilə dolu qutular aşkarlaması olmuşdur. Dövrün ab-havasını Daqdeyl kitabında aşağıdakı şəkildə təsvir edir:

Daqdeylin kitabı həm də Vatslav Holların orijinal qravürləri ilə zəngindir. 2010-cu ilin iyulunda "Sotheby's" hərrac evi həmin qravürlərdən birinin orijinal eskizini satışa çıxarmışdır.

Stüartların hakimiyyətinin bərpa edilməsindən sonra, II Karl bütün monarx tikililərinə nəzarət və qulluq işinə rəhbərliyi ser Kristofer Renə həvalə edir. Elə həmin vaxt, kral Consun inşa etdiyi portik üslubunda bütün kafedralın bərpa olunmasını tapşırır. Lakin, Ren, binanı tamamilə sökməyi təklif edir; memarın ilk bioqrafı Ceyms Elms Renin binanın hansı halda olduğunu görərkən çox təəccübləndiyini qeyd edir; Renin oğlu, yeni layihəni "ən yaxşı memarlıq ruhu ilə düzəliş verilmiş qotika" () kimi təqdim edir. Həm din xadimləri, həm də şəhər sakinləri Renin qərarına qarşı müqavimət göstərməyə çalışırlar. Buna cavab olaraq, Ren, kafedralı bərpa edib, yalnız qülləni günbəzlə əvəz etməyi təklif edir. "Köhnə və uçmaq təhlükəsi ilə üzbəüz olan Müqəddəs Pavel kafedralına düzəlişlər layihəsi" () adlı əsərində o, yazır:

Kristofer Renin dayısı İli yepiskopu olan Metyu Ren idi və heç təsadüfi deyil ki, Ren, İli kafedralının mərkəzi fənərinə heyran idi. Kristofer Ren, Müqəddəs Pavel kafedralına da bənzər qüllənin inşa edilməsini təklif edir, beləcə müvəqqədi dam xərclərindən azad olaraq, köhnə qüllə qalıqlarını sökməzdən əvvəl londonlulara əvəzinə bir yenilik təklif etməyi fikirləşirdi.

Böyük yanğın (1666) 270px|thumb|right|Böyük London yanğınının Cozefa Ceyn Batlhuk tərəfindən 1675-ci ildə çəkilmiş təsviri. London Muzeyi 270px|thumb|right|Yanğından sonra kafedral qalıqlarının Tomas Veyk tərəfidən çəkilmiş təsviri, təxminən 1673-cü il

1660-cı illərdə kafedralın fasadındı inşaat meşələri ilə əhatələməyə başlayarkən, hələ də yekun restavrasiya layihəsi təsdiqlənməmişdi və işlər başlamadan Böyük London yanğını kafedralı tamamilə məhv etdi. İnşaat meşələrinə sıçrayan yanğın qısa zamanda kafedralın taxta dam örtüyünə keçir, daş divarların əhəmiyyətli hissəsinə zərər vurur, kilsə mülkiyyəti və kilsə daxilində saxlanan əhali mülkiyyətini məhv edir. Semuel Pips məşhur gündəliyində yazrı:

Başqa bir memuarist Con İvlin də anoloji mənzərəni təsvir edir:

Yanğından sonra

Kristofer Ren, köhnə Müqəddəs Pavel kilsəsinin bərpasını qeyri-mümkün hesab edirdi. Tələm-tələsik kilsənin qalıqlarını möhkəmləndirməyə çalışsalar da, növbəti ilin aprelində kafedral rektoru Uilyam Senkroft Renə məktub yazaraq, onun haqlı olduğunu etiraf etdi: "xorların möhkəmləndirilməsi üçün çəkdiyimiz əziyyət divarlara çevrilib başımıza uçdu." () İki sütun uçmuşdu və hörgü qalıqları o qədər qeyri-stabil idi ki, işçilər binaya yaxınlaşmağa belə qorxurdular. Senkroft məktuba hətta əlavə etmişdi ki, Renin iştirakı olmadan onlar heç nə edə bilməyəcəklər.

Beləliklə, tamamilə yenidən inşa edilmək bahasına olsa da belə, xilas edilməsi mümkün olan kilsənin yerində müasir üslubda, Renin əvvəldən təklif etdiyi kimi kilsə inşa edilməsinə qərar verildi. 1668-ci ildə Köhnə Müqəddəs Pavel kilsəsinin tamamilə söklüməsi işlərinə başlanıldı. Lakin, proses çox ağır gedirdi, çünki, onsuz da ağır olan daşlar həm də üzərlərinə qurğuşun axması ilə daha da ağırlaşmış və bir-birinə bərkimişdi. Bu zaman, Ren, o dövr üçün yeni texnologiya olan, divarların barıtla partladılmasından istifadə etdi. Hər yeni iş kimi, partlatma işi də problemlərlə üzləşdi; proses zamanı bir neçə insan həlak oldu və ətraf ərazilərin sakinləri səs-küydən şikayət etmişdilər. Yeni məbədin inşasına 1675-ci ildə başlanıldı.