Navarralı Blanş (; ) — Fransa kralı VI Filippin ikinci xanımı, Fransa kraliçası.Setton, Kenneth Meyer, ed. (1975). A History of the Crusades: The fourteenth and fifteenth centuries. Vol. III. University of Wisconsin Press
Blanş 1331-ci ildə Navarra kralı III Filipp və xanımı II Jannanın üçüncü qızı olaraq dünyaya gəldi. Həm ata, həm də ana şəcərəsi Kapetinqlər sülaləsinə əsaslanırdı. Dövrünün mühüm siyasi şəxsləriylə bir neçə dəfə nişanlansa da, bunlardan heç biri uğurlu olmadı. Nəhayət, 29 yanvar 1350-ci ildə o, Fransa kralı VI Filipplə evləndirildi. Əslində Blanşın kralın oğlu və varisi Conla evlənməsi müzakirə edilsə də, 19 yaşlı qızcığaz özündən 38 yaş böyük olan Fransa kralıyla evləndirildi.
Ancaq mərasimdən bir neçə ay sonra yaşlı kral vəfat etdi və o əsnada hamilə olan Blanş dul qaldı. 1351-ci ilin mayında bir qız uşağı dünyaya gətirən Blanş bir daha evlənmədi. Yeganə qızı olan Jannanı Araqon kralı IV Pyotrun oğlu Conla nişanlasa da, qızı toy mərasimindən öncə vəfat etdi.
Navarralı Blanş 5 oktyabr 1398-ci ildə vəfat etdi. Cənazəsi Sen-Deni Bazilikasında dəfn edildi.
Mənbə
Knecht, Robert (2004). The Valois: Kings of France 1328-1589. Hambledon Continuum Sumption, Jonathan (1999). The Hundred Years War II:Trial by Fire. University of Pennsylvania Press
İstinadlar