Sənan Əmrah oğlu Süleymanov () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 2026-cı il dünya və 2020-ci il Avropa çempionatının qalibi.

Karyerası Sənan Süleymanov 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatının və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatının gümüş medallarına sahib oldu. 2016-cı ildə isə Sənan Süleymanov Rumıniyada gənclər arasında Avropa Çempionatını bürünc medalla başa vurdu.

2017-ci ildə Sənan Süleymanov əvvəlcə Macarıstanda U23 Avropa Çempionatını 7-ci, sonra isə Serbiyada Avropa Çempionatını 11-ci pillədə başa vurdu. 2019-cu ildə Kiyev şəhərində baş tutan beynəlxalq turnirin qalibi olan Sənan Süleymanov, Qazaxıstanda Dünya Çempionatını 8-ci pillədə, Macarıstanda U23 Dünya Çempionatını isə gümüş medalla başa vurdu.

2020-ci ildə isə Sənan Süleymanov Roma şəhərində (İtaliya) baş tutan Avropa Çempionatının final görüşündə Macarıstan nümayəndəsi Zoltan Levai üzərində qələbə qazanaraq Avropa Çempionatının qalibi oldu. 2021-ci ildə Fransada Fransa Qran-Prisini və Macarıstanda Avropa Olimpiya Təsnifat Turnirinin bürünc medallarına sahib olan Sənan Süleymanov, Varşava şəhərində (Polşa) Avropa Çempionatını bürünc, Oslo şəhərində (Norveç) Dünya Çempionatını isə gümüş medallarla başa vurdu.

2022-ci ilin fevralında İstanbul şəhərində Vəhbi Əmrənin xatirəsinə həsr olunan beynəlxalq turniri gümüş medalla başa vuran Sənan Süleymanov, martda Budapeşt şəhərində Avropa Çempionatının bürünc, avqustda Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının isə gümüş medalına sahib oldu. Sentyabrda Belqrad şəhərində (Serbiya) baş tutan Dünya Çempionatında isə uğursuzluqla üzləşdi və turniri 20-ci pillədə başa vurdu.

2023-cü ildə Sənan Süleymanov əvvəl Zaqreb şəhərində (Xorvatiya) baş tutan Zagreb Open beynəlxalq turnirini 28-ci pillədə, sonra da apreldə Avropa Çempionatını 20-ci pillədə başa vurdu. İlin əsas turniri — sentyabrda Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında isə Sənan Süleymanov final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Bununla o, həm də olimpiya lisenziyasına sahib oldu.

Sənan Süleymanov 2024-cü ilin yanvarında Xorvatiyada Zagreb Open beynəlxalq turnirinin qalibi olsa da, ilin növbəti turnirlərində — fevralda Avropa Çempionatı və iyunda Polya İmre Turnirini medalsız başa vurdu.

25 oktyabr 2026-cı ildə Astanada keçirilən dünya çempionatında Sanan Süleymanov 77 kq-dək çəki dərəcəsində finalda Moldovanın təmsilçisi Aleksandrin Qutsunu məğlub edərək qızıl medal qazandı.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12012Yeniyetmələrin Avropa Çempionatı Polşa3.22012Yeniyetmələrin Dünya Çempionatı Azərbaycan3.32016Gənclərin Avropa Çempionatı Rumıniya3.42017U23 Avropa Çempionatı Macarıstan7.5Avropa Çempionatı Serbiya11.62019Kiyev Beynəlxalq Turniri Ukrayna1.7Dünya Çempionatı Qazaxıstan8.8U23 Dünya Çempionatı Macarıstan2.92020Avropa Çempionatı İtaliya1.102021Fransa Qran-Prisi Fransa3.11Avropa Olimpiya Təsnifat Turniri Macarıstan3.12Avropa Çempionatı Polşa3.13Dünya Çempionatı Norveç2.142022Vəhbi Əmrə Turniri Türkiyə2.15Avropa Çempionatı Macarıstan3.16İslam Həmrəyliyi Oyunları Türkiyə2.17Dünya Çempionatı Serbiya20.182023Zagreb Open Xorvatiya28.19Avropa Çempionatı Xorvatiya20.20Dünya Çempionatı Serbiya2.212024Zagreb Open Xorvatiya1.22Avropa Çempionatı Rumıniya10.23Polya İmre Turniri Macarıstan5.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Gürcüstan azərbaycanlıları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Yunan-Roma güləşi üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:Yunan-Roma güləşi üzrə dünya çempionları