Sergey Vasilyeviç Aleksandrovski (; ) – Rusiya zabiti və qubernatoru. Rus-yapon müharibəsi zamanı Qırmızı Xaç missiyasının direktoru kimi fəaliyyət göstərmişdir. Müharibədən sonra Penza quberniyasının qubernatoru olmuşdur.

Həyatı və karyerası Sergey Aleksandrovski 1863-cü ildə Penza qubernatorunun oğlu kimi doğulmuşdur. O, əvvəlcə hərbi karyeraya yönəlsə də, 1899-cu ildə Maliyyə Nazirliyinin rəsmisi olaraq dövlət qulluğuna girmişdir. O. 1902-ci ildə baş vermiş Əndican zəlzələsi və 1903-cü ildə baş vermiş Sankt-Peterburq daşqını zamanı Qırmızı Xaç təşkilatları təşkil edərək bir çox fəlakət qurbanına yardım etmişdir.

Rus-yapon müharibəsi zamanı yaralı Rusiya əsgərlərinə tibbi yardım göstərmək üçün yaradılmış icraedici komitənin üzvlərindən biri olmuş və Rusiyanın Şərqi Asiya ordusuna göndərilmiş Qırmızı Xaç missiyasının direktoru təyin edilmişdir. 1905-ci ildə Birinci Mancuriya Ordusunun tibb birliyinin direktoru seçilmişdir. Burada öz həyatını riskə ataraq cəbhədə yaralanmış əsgərlərə kömək etmişdir. 1905-ci ildə Yekaterinoslav, qısa müddətdən sonra isə Penza quberniyasının qubernatoru təyin olunmuşdur. Penza qubernatoru olmasından bir neçə ay sonra inqilab tərəfarı olan bir şəxs tərəfindən sui-qəsdə uğrayaraq öldürülmüşdür.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Sergey Aleksandrovskinin qəbri

Kateqoriya:Rusiya imperiyasının qubernatorları Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları