Əşrəf Aşırov (18 yanvar 2001, Qazax) — Azərbaycanı təmsil edən sərbəst güləşçi.
Həyatı Əşrəf Aşırov 18 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olub. 2009-cu ildə güləşlə məşğul olmağa başlayıb. Nazim Əlicanovun rəhbərliyi altında məşq edir, Ordunun İdman Klubunda çıxış edir. Azərbaycan İdman Akademiyasında təhsil alıb.
Karyerası Əşrəf Aşırov 2018-ci ildə Zaqreb şəhərində (Xorvatiya) yeniyetmələr arasında Dünya Çempionatını 8-ci, 2019-cu ildə Tallin şəhərində (Estoniya) gənclər arasında Dünya Çempionatını isə 5-ci pillədə başa vurdu. Əşrəf Aşırov 2018 və 2019-cu illərdə Azərbaycan Çempionatlarının bürünc medallarına sahib oldu.
2021-ci ilin fevral-may ayları ərzində Kiyev Turnirini 8-ci, Avropa Çempionatını 18-ci, U23 Avropa Çempionatını isə 5-ci pillələrdə başa vuran Əşrəf Aşırov avqustda Ufa şəhərində (Rusiya) baş tutan gənclər arasında Dünya Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Daha sonra o, Oslo şəhərində (Norveç) Dünya Çempionatını 12-ci, Belqrad şəhərində (Serbiya) U23 Dünya Çempionatını isə 5-ci pillədə başa vurdu. Aşırov həmin il Azərbaycan Çempionatının final görüşündə məğlub olaraq turniri gümüş medalla tamamladı.
Əşrəf Aşırov 2022-ci ildə əvvəlcə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirini 11-ci pillədə başa vursa da, sonra Bolqarıstanda U23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Martda ilin birinci nüfuzlu turniri hesab olunan Avropa Çempionatında mübarizə aparan Əşrəf Aşırov turnirin final görüşündə Yunanıstan nümayəndəsi Georgios Kugiumtsidisa məğlub olaraq Avropa Çempionatını gümüş medalla başa vurdu. Mövsümün növbəti turnirlərində isə Əşrəf Aşırov uğursuz mübarizə apardı — İtaliyada Matteo Pellicone beynəlxalq turnirini və İspaniyada U23 Dünya Çempionatını 11-ci, Serbiyada Dünya Çempionatını isə 17-ci pillələrdə başa vurdu.
2023-cü ildə Aşırovun birinci turniri iyunda İstanbul şəhərində baş tutan Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir oldu. Həmin turnirdə o, bürünc medalın sahibi oldu. Noyabrda isə Aşırov Tirana şəhərində baş tutan 23 yaşlılar arasında Dünya Çempionatında final görüşündə məğlub olaraq turniri gümüş medalla tamamladı. 2023 və 2024-cü illərdə o, Azərbaycan Çempionatlarını bürünc medalla başa vurdu.
2024-cü ildə Aşırov nüfuzlu beynəlxalq turnirlərdə çıxış etmədi. O, martda Antalya şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunmuş beynəlxalq turniri 8-ci pillədə tamamladı, iyunda isə Varşava şəhərində Poland Open beynəlxalq turnirində gümüş medalın sahibi oldu.
Nəticələri SıraİlYarışEv sahibiNəticə12018Yeniyetmələrin Dünya Çempionatı Xorvatiya8.22019Gənclərin Dünya Çempionatı Estoniya5.32021Kiyev Turniri Ukrayna8.4Avropa Çempionatı Polşa18.5U23 Avropa Çempionatı KYRM5.6Gənclərin Dünya Çempionatı Rusiya2.7Dünya Çempionatı Norveç12.8U23 Dünya Çempionatı Serbiya5.92022D. Kolov - N. Petrov Turniri Bolqarıstan11.10U23 Avropa Çempionatı Bolqarıstan3.11Avropa Çempionatı Macarıstan2.12Matteo Pellicone Turniri İtaliya11.13Dünya Çempionatı Serbiya17.14U23 Dünya Çempionatı İspaniya11.152023Yaşar Doğu Turniri Türkiyə3.16U-23 Dünya Çempionatı Albaniya2.172023Yaşar Doğu Turniri Türkiyə8.18Poland Open Polşa2.
İstinadlar
Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycan İdman Akademiyasının məzunları