Kornelius Rayan (; ) — İrlandiya əsilli ABŞ jurnalisti və yazıçısı. O, İkinci Dünya müharibəsinin ayrı-ayrı epizodlarına həsr etdiyi bədii və sənədli əsərləri ilə şöhrət qazanmışdır.

Həyatı Kornelius Rayan 5 iyun 1920-ci il tarixində İrlandiyanın Dublin şəhərində anadan olmuşdur. O, orada böyümüşdür. Rayan 1940-cı ildə Londona köçmüş və burada 1941-ci ildən "Daily Telegraph" qəzetində müharibə müxbiri kimi çalışmışdır. O, 1947-ci ildə ABŞ-yə mühacirət etmiş, orada "Time Magazine" və digər jurnallarda yazılar dərc etmişdir. Rayan Ketrin Morqanla evlənmiş və 1950-ci ildə ABŞ vətəndaşı olmuşdur.

İstinadlar

Xarici keçidlər

Cornelius Ryan Collection of World War II Papers – Ohio University Libraries The Reporter Whom Time Forgot by Michael Shapiro, Columbia Journalism Review

Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:İrlandiya yazıçıları Kateqoriya:İrlandiya jurnalistləri Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:ABŞ tarixçiləri Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Prostat xərçəngindən ölənlər Kateqoriya:XX əsr ABŞ yazıçıları