Böyük Əmili — Azərbaycan Respublikasının Qəbələ rayonunun Böyük Əmili kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Birinci komponent oykonimi indi mövcud olmayan Kiçik Əmili kəndindən fərqləndirmək üçündür. Əmili komponenti isə toponimiyada türk mənşəli Kiməklərin yeddi qolundan biri olan İmi (Eymi, Eymir, Eymür) etnonimi ilə əlaqələndirilir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Qaraçayın sahilindən 2 km. aralı, Qəbələ–Ağdaş şose yolunun kənarında, Əmirvan silsiləsinin cənub ətəyində yerləşir.
Əhalisi Kənddə 1200 nəfər əhali yaşayır.
İqtisadiyyatı Kənd əhalisi maldarlıq, tərəvəz və taxıl əkini ilə məşğuldur. Kənddə telekommunukasiya xidməti fəaliyyət göstərir. Səhiyyə məntəqələri, ictimai iaşə obyektləri, mədəniyyət ocaqları sakinlərin ixtiyarındadır.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Mədəniyyəti Kənddə 1000 nəfərlik tutumu olan, süni örtüyə malik futbol stadionu da vardır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qəbələ rayonunun kəndləri