Enikyo Gyori () — Macarıstan siyasətçisi, Avropa Xalq Partiyasına daxil olan Fides partiyasından Avropa Parlamentinin üzvü. 1992-1999-cu illərdə Parlamentin Avropa İttifaqı İşləri Komitəsinin müşaviri və baş məsləhətçisi, eyni zamanda, 1994-1999-cu illərdə Aİ-Macarıstan Assosiasiyası Parlament Komitəsinin Macarıstan katibi, Macarıstanda Avropa məsələləri üzrə dövlət katibi, Macarıstanın İtaliyadakı səfiri. 2003-cü ildən Parlamentin Fides fraksiyasının Aİ işçi qrupunun aparat rəhbəri, 2004-cü ildən isə ELTE Dövlət və Hüquq fakültəsində siyasi elmlərdən dərs deyir. 2005-ci ildən Avropa Parlamentinin İqtisadiyyat və Valyuta Komitəsinin üzvü, 1 sentyabr 2010-cu ildən Xarici İşlər Nazirliyinin Macarıstanın Aİ-də sədrliyi proqramına cavabdeh olan dövlət katibi, 2014-cü ildən isə, o, səfir kimi Madriddəki Macarıstan səfirliyinin rəhbəri olub, mandatı 30 iyun 2019-cu ildə başa çatıb.
Təhsil 1992-ci ildə Budapeşt İqtisadiyyat Elmləri Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib, 2000-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1997-ci ildə Parisdə Milli İdarəetmə Məktəbində (ENA) təlim keçib.
ABŞ, Belçika, Fransa, Meksika və İspaniyadə olub. Fransa Milli Assambleyasında (1998), Avropa Şurasında (1998) və Avropa Komissiyasında (1995) təlim keçmişdir.
İngilis, İtalyan, İspan (əla), Fransız (orta) dillərini mükəmməl bilir.
Karyera Avropa İşləri üzrə Dövlət Naziri, Xarici İşlər Nazirliyi (2010-2011).
Avropa Parlamentinin üzvü (2009-2010), İqtisadiyyat və Valyuta Komitəsinin üzvü.
Macarıstan Milli Assambleyasında Fides siyasi qrupundan Avropa İttifaqı qərargahının rəhbəri (2003-2009).
Macarıstanın İtaliyadakı səfiri (1999-2003).
Macarıstan Milli Assambleyasında Aavropa İttifaqı məsələləri üzrə müşaviri (1992-1999).
Budapeştdəki ELTE Universitetində (2004-2009) və Egerdəki Esterhazi Pedaqoji Kollecində (1995-1998) müəllim.
Sosial fəaliyyət Avropa Xalq Partiyasının Avropa Siyasəti üzrə İşçi Qrupunun üzvü (2005-2009).
Budapeştdəki İtalyan Forumunun prezidenti (2004-cü ildən).
Siyasi Elmlər üzrə İcmal Şurasının üzvü (2007-ci ildən).
Azad Avropa Mərkəzinin direktoru (2004-2009).
Şəxsi həyat Evlidir, iki övladı var. İstinadlar
Mənbə Биография на сайте Министерства иностранных дел Венгерской Республики Kateqoriya:Macarıstandan olan Avropa Parlamentinin deputatları (2019–2024)