Həqiqət Eyvaz qızı Əsgərzadə () — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016).
Həyatı
Həqiqət Eyvaz qızı Əsgərzadə 4 fevral 1944-cü ildə Bakıda anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsini bitirmişdir.
Həqiqət Əsgərzadə 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlamışdır. Müxtəlif illər ərzində o, bir sıra uşaq verilişlərinin (məktəblilərin "Yelkən", "Rəqs salonu", "Səyahət"), "Gəlin birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Xəbərlər" (axşam buraxılışı), "Qanlı yanvar", eləcə də 1992–1993-cü illərdə cəbhə bölgələrindən hazırlanmış verilişlərin, "Komediyalar aləminə səyahət", "Mavi işıq", "Səhər görüşləri" (1975–1985), "Gəl, səhərim" (1997–2000) kimi proqramların aparıcısı olmuşdur.
Həqiqət Əsgərzadə 1970–1980-ci illərdə "İnterviziya" sistemi ilə Moskva və Kiyevdə Azərbaycan televiziyasını təmsil etmişdir. 2016-cı ildən "Yada düşər xatirələr" verilişinin daimi aparıcısıdır.
Təltif və mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 7 noyabr 2016 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 4 noyabr 1998 21 iyul 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
İstinadlar
Kateqoriya:Diktorlar Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri