Aleksander Robertus Todd ( ) — İngilis üzvi kimyaçısı, London Kral Cəmiyyətinin üzvü (1942)Todd; Alexander Robertus (1907 - 1997); Baron Todd of Trumpington Архивная копия от 14 марта 2022 на Wayback Machine (англ.), kimya üzrə Nobel mükafatı laureatı (1957), Britaniya İmperiyasının Cəngavəri (1954)

Həyat və fəaliyyəti 2 oktyabr 1907-ci ildə Qlazqoda anadan olub. Qlazqo Universitetini bitirdikdən sonra 1931-ci ildə Frankfurt Universitetində, 1933-cü ildə isə Oksfordda fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Sonra bir sıra təhsil ocaqlarında, elmi müəssisələrdə çalışıb. 1938-ci illərdə Mançester Universitetində kimya laboratoriyalarının direktoru, daha sonra 1944-cü ildən Kembric Universitetində üzvi kimya professoru vəzifələrində işləmişdir. 1952-1964-cü illərdə hökumətin Elmi Siyasət Məsləhət Şurasının sədri olub. 1960-1962-ci illər ərzində Böyük Britaniya Kimya Cəmiyyətinin prezidenti vəzifəsini icra edib. 1957-ci ildə “ Nukleozidlər və ko-fermentlər ilə əlaqəli tədqiqatlarına görə “ Nobel mükafatı alıb. 1975-1980-ci illərdə London Kral Cəmiyyətinin prezidenti kimi fəaliyyətini davam etdirib. 1955-ci ildə ABŞ Milli Elmlər Akademiyasının Alexander R. Todd of Trumpington Архивная копия от 31 августа 2018 на Wayback Machine (англ.), 1982-ci ildə isə SSRİ Elmlər Akademiyasının Профиль Александера Робертуса Тодда на официальном сайте РАН əcnəbi üzvü seçilib.

Aleksander Robertus Todd 10 yanvar 1997-ci ildə Kembricdə vəfat edib. Əsas işləri Aleksander Robertus Toddun əsas əsərləri - nukleozidlərin və nuklein turşularının kimyasına dair - bu tip kimyəvi birləşmələrin quruluşu və sintezi üsulları haqqında müasir fikirlərin əsasını təşkil edib. A.R.Todd sintetik üzvi kimya, təbii birləşmə kimyası və B12 vitamininin quruluşu və sintezi də daxil olmaqla digər tədqiqatlar da aparmışdır. Şəxsi həyatı 1937-ci ildə Aleksander Robertus Todd, 1936-cı il Nobel mükafatı laureatı olan Henri Hallet Dalenin qızı Alison Sarah Dale ilə evləndi. Bu nigahdan onun bir oğlu Alexander Henry və iki qızı Helen Jean və Hilari Alison olub. Onun həyat yoldaşı Alison Sarah Dale 1987-ci ildə vəfat edib.Saxon, Wolfgang. Lord Todd, 89, a Nobelist For Work on Nucleic Acids (англ.), The New York Times (15 January 1997). Архивировано 3 марта 2020 года. Дата обращения: 11 мая 2019. İctimai fəaliyyəti 1992-ci ildə “İnsanlığa Xəbərdarlıq” World Scientists' Warning To Humanity (англ.). Дата обращения: 11 мая 2019. Архивировано из оригинала 30 апреля 2019 года. imzaladı. Mükafatları 1949-cu ildə - Devi medalı 1954-cü ildə - Bayker mühazirəsi 1955-ci ildə - Kral medalı 1957-ci ildə - Nukleozidlər və nuklein turşuları üzrə tədqiqatlara görə kimya üzrə Nobel mükafatı 1963-cü ildə - Silliman mühazirəsi 1966-ci ildə Robert Robinson Mükafatı 1970-ci ildə - Kopli medalı 1978-ci ildə - SSRİ Elmlər Akademiyasının M.V.Lomonosov adına Böyük Qızıl medalı İstinadlar

Kateqoriya:Kimya üzrə Nobel mükafatı laureatları Kateqoriya:"Britaniya imperiyası" ordeni komandorları Kateqoriya:XX əsr bioloqları Kateqoriya:Genetika tarixi Kateqoriya:Cəngavər bakalavrları