Ovcullu — Azərbaycan Respublikasının Qəbələ rayonunun Ovcullu kənd inzibati ərazi dairəsində kənd. 29 noyabr 2002-ci il tarixli 384-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Ovcullu kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mamaylı kəndi mərkəz olmaqla, Mamaylı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Yaşayış məntəqələsinin adı ovçulu tayfasının adı ilə bağlıdır. Tayfaya məxsus bir qrup ailə XIX əsrin sonlarında Cavad qəzasında maldarlıqla məşğul olmuşdur. Oykonim müxtəlif mənbələrdə Ovçalu, Ovcullu, Ovçular variantlarında da qeydə alınmışdır. 1933-cü ildə Naxçıvan ərazisində Ovçular adlı kəndin olması haqqında məlumat verilir. Hazırda Şərur rayonunun Dizə kəndində Ovçular məhəlləsi mövcuddur.
Tarixi Vaxtilə bəyzadələr ailəsinə mənsub olan iki ailə tərəfindən təməli qoyulan bu kəndin ilk nümayəndələri 1920-ci illərdə hakimiyyət dəyişikliyində ərazini tərk etsələr də, bəylərin xidmətçiləri və qohum əqrabaları burada birdəfəlik məskunlaşıblar. Ovçulu nəsli hapıtlıların əsas qollarından biridir. Hapıtlılar səpələnmiş şəkildə Ağdaşın, Zərdabın bəzi kəndlərində də yaşayırlar.Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.
Coğrafiyası və iqlimi Kənd Alazan–Əyriçay çökəkliyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 230 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, taxılçılıq və heyvandarlıq təşkil edir. Kənddə 52 təsərrüfat mövcuddur. Kəndə 2007-ci ildən mavi yanacaq verilir. İçməli su artezian quyusundan təmin olunsa da, suvarmada əhali Zalam qobusundan istifadə edir. Mənbəyi dağlardan başlayan və sel suları ilə müşayiət olunan bu qobu bir neçə kənd üçün təhlükəli olduğundan kənarında bənd qurulub.
Təhsil Regionların Sosial–İqtisadi İnkişafı Dövlət Proqramına əsasən (2004–2008) kənddə ibtidai məktəb binası tikilib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qəbələ rayonunun kəndləri