Yəzidiyyə — Şimali Afrika ibadiliyinin əsas qollarından biri. 784-cü ildə Əbu Küdamə Yəzid ibn Fəndin İfrani tərəfindən qurulmuşJosef van Ess, Theology and Society in the Second and Third Centuries of the Hijra. , pg. 229. Brill Publishers. məzhəbin davamçıları Əbu Yəzid Nükkarinin başçılığı ilə İfriqiyyədə hakim Fatimilərə qarşı üsyan qaldırmışdılar. Onlar 944-cü ildə Əl-Qeyrəvanı fəth etmiş və Sus şəhərini mühasirəyə almışdılar, lakin 947-ci ildə məğlubiyyətə uğramışdılar. Yəzidiyyə məzhəbinin davamçılarının Cerba adasında hələ də mövcud olduğu güman edilir. Onlar hakim vəhbi ibadiliyindən ayrılmışdılar. Yəzidiyyənin ana qolu olan vəhbi ibadiliyi qorunub-saxlanılmış ibadi mətnlərinin əksəriyyətinin əlaqəli alimlərə aid edildiyinə görə ibadilikdə ən çox yayılmış düşüncə məktəbi olmuşdur.
İstinadlar
Kateqoriya:İbadilik Kateqoriya:İslamizm Kateqoriya:İslam terminləri Kateqoriya:Xaricilər