Ələkbər Əbdülbağı oğlu İmaməliyev (3 dekabr 1966) — Azərbaycanı təmsil edən taekvondoçu və məşqçi.

Karyerası Ələkbər İmaməliyev 1996-cı ildə Finlandiyada baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Bununla da o, bu idman növü üzrə Avropa Çempionatının medalına sahib olan birinci azərbaycanlı idmançı oldu.

Karyerasını başa vurandan sonra məşqçi olaraq çalışan Ələkbər İmaməliyev 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə, 2016-cı ildə isə "Tərəqqi" medalı ilə təltif edildi.

25 dekabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı ilə təltif olunub.

İstinadlar

Kateqoriya:Azərbaycanın kişi taekvondoçuları