Druk Yul Parkı — Avstriyanın Vyananın cənubundakı 23-cü Liesing rayonunda kiçik bir parkdır. Park Liesinqdə Şpeyzinqer küçələrinin Vitqenşteyn və Rosen Hügel küçələri ilə kəsişməsində yerləşir.

Tarix və infrastruktur 2007-ci ildə Butan və Avstriya arasındakı sıx dostluğun şərəfləndirilməsi haqqında qərar qəbul edildi. Butan Avstriyanın inkişaf əməkdaşlığı üçün prioritet ölkə olmuşdur. Park Butan Krallığının 100 illiyi münasibətilə salınıb. 2010-cu ildə Avstriya-Butan Cəmiyyətinin təşəbbüsü ilə xoşbəxtlik qülləsi kimi tanınan Çorten, Butan stupa ucaldıldı. 2014-cü ildə HTL Mödling tələbələri yenidən parkda Mani divarını tikdilər. Park 6 aprel 2012-ci ildə Çin, Hindistan səfirləri və Butan Cəmiyyətinin prezidentinin iştirakı ilə açılmışdır. Hindistan, Yaponiya, Kamboca, Monqolustan, Birma, Nepal, Şri-Lanka və Taylandın dostluq cəmiyyətləri də birgə səylərdə iştirak ediblər.

Qalereya

İstinadlar