Dumnoniya () — III əsrin sonundan X əsrin əvvəllərinə qədər Britaniyanın cənubunda mövcud olmuş brit krallığı. Krallığın hüdudları müasir Devon, Kornuoll qraflıqları və Somersetin bir hissəsini əhatə edirdi. İlk mövcud olduğu dövrdə Roma imperiyasından asılı idi və Britaniya vilayətlərinin bir hissəsi idi. V əsrin əvvəllərində o, Romanın gücündən qurtulmuş və paytaxtı Kayr-Visk şəhərində (müasir Ekseter) olan müstəqil bir krallıq olmuşdur. VIII–X əsrlərdə Uesseks tərəfindən fəth edilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Kornuoll tarixi Kateqoriya:Devon tarixi Kateqoriya:Somerset tarixi Kateqoriya:Cənub-Qərbi İngiltərə Kateqoriya:Uest-Kantri Kateqoriya:V əsrdə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Avropanın tarixi dövlətləri Kateqoriya:IV əsrdə yaranmış dövlətlər və ərazilər