Volodımır () — Ukraynanın Volın vilayətində şəhər, Volodımır vilayətinin inzibati mərkəzi.
Volodımır şəhəri X əsrdən bəri mənbələrdə qeyd edilir. Ticarət yollarının kəsişməsində yerləşən əlverişli mövqeyi onu zəngin tacir və sənətkarlıq mərkəzinə çevirmişdir. Feodal parçalanma dövründə o, Volın knyazlığının, sonra isə Qaliç-Volın knyazlığının tərkibində idi. Xmelnitski üsyanından və XII əsrdə Rusiya-Polşa müharibəsindən sonra şəhər tədricən öz əhəmiyyətini itirərək kiçik əyalət qəsəbəsinə çevrilmişdir. 1795-ci ildə Polşanın parçalanması nəticəsində Rusiya imperiyasının tərkibinə daxil edilmiş və Volodımır-Volınski adlandırılmışdır.
Şəhər Birinci Dünya müharibəsinin əsas döyüş yerlərindən biri olmuşdur. 1915-ci ildə Avstriya-Macarıstan qoşunları tərəfindən işğal olunmuşdur. 1921-ci il Riqa müqaviləsinə əsasən Polşaya birləşdirilmiş, Molotov-Ribbentrop paktı ilə SSRİ-yə verilmişdir. Şəhər 1941-ci ildə nasist qoşunları tərəfindən işğal olunmuşdur və demək olar ki, bütün yəhudi əhalisini məhv edilmişdir. 1944-cü ildə Qızıl Ordu tərəfindən tutulmuşdur.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər Владимир-Волынский исторический музей — Официальный Веб-сайт Монастыри Владимир-Волынской епархии Музиченко В. «Володимир єврейський. Історія і трагедія єврейської громади м. Володимира-Волинського» . Луцьк, «Волинська обласна друкарня», 2011. 256 с. ISBN 978-966-361-664-3
Kateqoriya:Ukrayna şəhərləri