Ərəb dilinin Əlcəzair dialekti () və ya darci (; mənası – "gündəlik ləhcə"); — ərəb dilinin Əlcəzairdə və kənarda Əlcəzair diasporu arasında yayılmış növlərindən biri. Bu, Məğrib dialekt kontinuumuna aiddir, əsasən Tunis və Mərakeş dialektləri ilə qarşılıqlı surətdə başa düşülür.
Əlcəzair dialekti bərbər dillərinin komponentlərini, həmçinin bərbər, türk, ispan və fransız dillərindən çoxlu alınma sözləri özündə daşıyır. Həmçinin, digər dialektlərdə olduğu kimi, yazı dilinin sonluqları da atılır. Bu dialektin rəsmi statusu yoxdur, lakin əksər əlcəzairlilər tərəfindən istifadə olunur. Ərəb dilinin Əlcəzair dialekti müxtəlif şəhərlərdə fərqlidir.
İstinadlar
Kateqoriya:Ərəb dilinin Məğrib dialekti Kateqoriya:Əlcəzair dilləri