Atom orbitalı — verilmiş atom üçün Şrödinger tənliyini həll etməklə alınan birelektronlu dalğa funksiyası; hər bir orbitalın xarakteristikası baş, orbital, maqnit kvant ədədi ilə müəyyən olunur.
Baş kvant ədədinin eyni qiymətinə malik atom orbitalları çoxluğu vahid elektron təbəqəsini təşkil edir. Orbitallar elektron ehtiva edib-etməməsindən asılı olmayaraq mövcuddur; atom nömrələri, yəni nüvənin yükü və müvafiq olaraq elektronların sayı artdıqca onlar elektronlarla dolur.
İstinadlar Kateqoriya:Atom fizikası
Kateqoriya:Kvant fizikası Kateqoriya:Kvant kimyası Kateqoriya:Kimyəvi rabitə