Gültac Məmmədəliyeva () — Azərbaycanı təmsil edən cüdoçu.
Karyerası Gültac Məmmədəliyeva 2008-ci ildən Sumqayıt şəhərində cüdo ilə məşğul olmağa başladı. 2018-ci ildən isə Neftçi İdman Klubunu təmsil edir və şəxsi məşqçisi Zaur Rəcəblidir.
Karyerasının birinci uğuruna 2016-cı ildə İspaniyada yeniyetmələrin beynəlxalq turnirini bürünc medalla başa vurmaqla imza atan Gültac Məmmədəliyeva 2017-ci ildə Maribor şəhərində (Sloveniya) baş tutan gənclər arasında Avropa Çempionatının bürünc medalına sahib oldu.
2019-cu ildə Antalya şəhərində IJF Qran-Pri turnirini də bürünc medalla başa vurdu. 2019-cu ilin iyununda Belarusda Avropa Oyunlarını yeddinci pillədə tamamladı. Sentyabrda isə Vantaa şəhərində (Finlandiya) gənclər arasında Avropa Çempionatını beşinci pillədə başa vurdu.
2020-ci ilin noyabrında Xorvatiyanın Poreç şəhərində U-23 Avropa Çempionatının final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu. 2022-ci ildə Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurdu.
Gültac Məmmədəliyeva üçün 2023-cü il ən uğurlu mövsümlərdən biri oldu. 2023-cü ilin martında Gürcüstanda IJF Grand Slam turnirini bürünc, mayında Avstriyada IJF Qran-Pri turnirini bürünc, iyununda Özbəkistanda IJF Qran-Pri turnirini gümüş və Qazaxıstanda IJF Grand Slam turnirini bürünc medallarla başa vurdu. İyulda isə Çinin Çendu şəhərində baş tutan Universiada Oyunlarını beşinci pillədə tamamladı. Noyabrda Fransanın Monpelye şəhərində Avropa Çempionatını da beşinci pillədə başa vurdu.
Bütün bu uğurların nəticədəsində Gültac Məmmədəliyeva IJF olimpiya reytinq cədvəlində mövqeyini daha da yaxşılaşdırdı və olimpiya lisenziyasına sahib oldu.
Gültac Məmmədəliyeva Paris Olimpiadasının açılış mərasimində cüdoçu Məhəmməd Abdullayev ilə birgə Azərbaycan bayrağını apardı.
İstinadlar
Əvvəl olan: Rüstəm Orucov Fəridə Əzizova 202040px Azərbaycan Olimpiya Komandasının bayraqdarı Məhəmməd Abdullayev ilə birgə 2024Sonra gələn: 2028-ci ildə məlum olacaq
Kateqoriya:Azərbaycanın qadın cüdoçuları Kateqoriya:Azərbaycanın olimpiya cüdoçuları Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında cüdoçular Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın qadın futbolçuları