Sonet — lirik janrın növü. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır.
İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar.Məktəblinin ədəbiyyat lüğəti. bakı.2007. səh.177 Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir.
Sonetlər çələngi sonetlər çələngi — sonetlər silsiləsidir. Bu "çələng" 15 sonetdən ibarət olur. Bunlardan ən axırıncısı özündən əvvəlki sonetlərin birincisi misralarından yaranır.
İstinadlar
Kateqoriya:Ədəbiyyat Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:Ədəbi janrlar Kateqoriya:İtaliya ixtiraları Kateqoriya:Şeir formaları