Məhəmmədsalam Hacıyev () — 1992–1993-cü illərdə Rusiyanı, 1995–1996-cı illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi, 1992-ci il Avropa Çempionatının qalibi.

Karyerası Məhəmmədsalam Hacıyev 1992-ci ilin mayında Kaposvar şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının qalibi oldu. Daha sonra Məhəmmədsalam Hacıyev həmin ilin avqustunda İspaniyanın Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında çıxış etdi və turniri dördüncü pillədə başa vurdu. 1993-cü ilin iyulunda Rusiya Çempionatının gümüş medalına sahib olan Məhəmmədsalam Hacıyev 1995-ci ildən Azərbaycan yığmasının heyətində çıxış etdi.

1995-ci ilin avqustunda Dünya Çempionatını 8-ci pillədə başa vuran Məhəmmədsalam Hacıyev 1996-cı ilin avqustunda Azərbaycanı XXVI Yay Olimpiya Oyunlarında təmsil etdi. Məhəmmədsalam Hacıyev olimpiadanın birinci görüşündə 1992-ci il Barselona Olimpiadasının qalibi Cənubi Koreya nümayəndəsi Par Yan-Son ilə üz-üzə gəldi. Nəticədə Məhəmmədsalam Hacıyev təcrübəli rəqibinə 1:4 hesabı ilə məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam etdi. Qrupda Məhəmmədsalam Hacıyev əvvəl Qazaxıstan nümayəndəsi Məhəmməd Kuruqliyevi 4:0, sonra isə Macarıstan nümayəndəsi Arpad Ritteri 4:2 hesabları ilə məğlub etdi və qrupun üçüncü mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kuba nümayəndəsi Alberto Rodrigez oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Məhəmmədsalam Hacıyev rəqibinə 6:2 hesabı ilə qalib gəldi növbəti mərhələyə adladı. Bu mərhələdə isə onun rəqibi Dünya və Avropa Çempionatlarının qalibi Almaniya nümayəndəsi Alexander Leipold oldu. Bu görüş də gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Məhəmmədsalam Hacıyev rəqibi üzərində 0:2 hesabı ilə məğlub olaraq medal uğrunda mübarizəsini başa vurdu. Ümumi nəticədə Məhəmmədsalam Hacıyev olimpiadanı 8-ci pillədə başa vurdu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə Rusiya11992Avropa Çempionatı Macarıstan1.2Olimpiya Oyunları İspaniya4. Azərbaycan31995Dünya Çempionatı ABŞ8.41996Dünya Çempionatı ABŞ8.

İstinadlar

Kateqoriya:Azərbaycanın sərbəst güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:Rusiyanın sərbəst güləşçiləri Kateqoriya:Rusiyanın olimpiya güləşçiləri Kateqoriya:1992 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Rusiyanın beynəlxalq dərəcəli idman ustaları