300px|thumb|right|Soqdiyalı tacirlə türk tayfa rəhbərinin müttəfiqlik qurması. An Tsya türbəsi. Türk-İran ənənəsi () və ya Türk-Fars ənənəsiRobert L. Canfield , Turko-Persia in historical perspective, Cambridge University Press, 1991 — IX–X əsrlərdə Xorasan və Mavəraünnəhrdə (indiki Əfqanıstan, İran, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstanın kiçik hissələri) yaranmış özünəməxsus mədəniyyət.

Sonrakı əsrlərdə Türk-İran mədəniyyətinə mənsub xalqlar qonşu vilayətləri zəbt etməklə daha da davam etdirilmiş, nəticədə Cənubi Asiya, Orta Asiya və Tarım hövzəsi, həmçinin Qərbi Asiyanın böyük hissələrinin hakim və elit təbəqələrinin üstünlük təşkil edən mədəniyyətinə çevrilmişdir.

Mənşəyi Türk-İran ənənəsi islam mədəniyyətinin bir variantı idi.Hodgson, Marshall G. S. 1974. The Venture of Islam. 3 vols. Chicago: University of Chicago Press İslamın fəzilət, daimilik və mükəmməllik anlayışları ictimai məsələlər, eləcə də başçı elita olan müsəlmanların dini işləri haqqında diskussiyaya səbəb olmuşdur.

Müsəlmanların İranı fəth etməsindən sonra Sasanilərin dili olan Pəhləvi fars dili xilafətin şərq torpaqlarında idarəetmə vasitəsi kimi VIII əsrə qədər geniş şəkildə istifadə edilməyə davam etmişdir.

Siyasi baxımdan Abbasilər tezliklə buraya nəzarəti itirməyə başlamış və bu, iki böyük uzunmüddətli nəticəyə səbəb olmuşdur. Birincisi, Abbasi xəlifəsi Mötəsim xilafətdə türk muzdlularının və məmlük qullarının varlığını xeyli artırmışdır. Nəticədə onlar ərəbləri və farsları ordudan, dolayısıyla siyasi hegemonluqdan sıxışdırıb çıxararaq Türk–İran simbiozu erasını başlatmışdılar.Bernard Lewis, "The Middle East", 1995, p. 87

İkincisi, Xorasandakı Tahirilər faktiki olaraq müstəqil idilər, lakin sonra Sistandan olan Səfərilər şərq torpaqlarını azad etmiş, çox keçməmiş onların yerinə müstəqil Samanilər gəlmişdir. Hər halda, onlar xəlifəyə tam ehtiram göstərmişdilər.

Həmçinin bax Türk-monqol ənənəsi Farslaşmış cəmiyyət Farslaşdırma Türkləşdirmə Azərbaycanlılaşdırma

İstinadlar

Kateqoriya:Türk mədəniyyəti Kateqoriya:Mərkəzi Asiya mədəniyyəti Kateqoriya:Azərbaycan orta əsrlərdə Kateqoriya:İran orta əsrlərdə Kateqoriya:Türkiyə tarixi Kateqoriya:Mərkəzi Asiya tarixi Kateqoriya:Osmanlı mədəniyyəti Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:Tacikistan tarixi