Köln Mərkəzi DİTİB Məscidi (), Köln şəhərin və bütün Almaniyanın ən böyük məscididir.

Tarixi 2009-cu ilin May ayında, Kölndə yerləşən əvvəlki məscid sökülüb və əvəzində noyabr ayının 7-si yeni tikinti işləri başlanmışdır. 2011-ci ilin fevral ayının 2-də 55 metr yekə Minarələr və 37 metr yekə günbəz düzəldilmişdi. 9 iyun 2017-də, Ramazan ayında, Məscid ilk dəfə istifadə edilmişdi. 2018-ci il sentyabr ayının 29-da Türkiyə prezidenti, Rəcəb Tayyib Ərdoğan və Diyanət İşləri Başçısı Prof. Dr. Əli Erbaş rəsmi olaraq Məscidin açılışında iştirak etmişdirlər.

Dezayn 4500 m² ərazini əhatə edən məscid 2–4 min nəfəri qəbul edə bilir. Restoran, ibadət yeri, kitabxana və İslam mədəniyyət mərkəzini özündə birləşdirən bu İslam kompleksinin tikintisinə 40 milyon dollar ayrılıb. Layihə Türk-İslam Diyanət İşləri Birliyi tərəfindən dəstəklənir. 35 metr hündürlüyündə şüşə günbəzi və 55 metr hündürlüyündə iki minarəsi olan məscidin tikintisinə 2009-cu ildə başlanılıb. Memar kilsə tikintisində ixtisaslaşmış Gottfried Böhm-dür. Planlaşdırıldığı kimi, məscidin divarları şüşədən hazırlanaraq ziyarətçilərə qonaqpərvərlik və açıqlıq mühiti yaradacaq. Bundan əlavə, kompleksin restoranlar, lobbilər və mağazalar kimi əlavə hissələri bütün dinlərdən olan ziyarətçilərin üzünə açıqdır. Tamamlandıqdan sonra məscid Almaniyanın ən böyük məscidi olmuşdur.

İstinadlar

Kateqoriya:2017-ci ildə Almaniyada yarananlar Kateqoriya:Infobox mapframe without OSM relation ID on Wikidata Kateqoriya:İslam Kateqoriya:Almaniya məscidləri