Göygöl — Azərbaycanın Ordubad rayonunda şirinsulu, axarlı göl.
Zəngəzur silsiləsinin cənub yamacında, 3065 metr yüksəklikdədir. Sahəsi 1,5 hektar, dərinliyi 6.5 metrə qədərdir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır.
Suyu şəffaf göyümtül rəngə çaldığına görə belə adlandırılmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ordubad rayonunun gölləri