Patet Lao (, , ), rəsmi olaraq Laos Xalq Azadlıq Ordusu — Laosda XX əsrin ortalarında yaradılmış kommunist siyasi hərəkatı və təşkilatı. Qrup 1975-ci ildə, Laosda vətəndaş müharibəsindən sonra siyasi hakimiyyəti ələ keçirməkdə son nəticədə uğur qazanmışdır. "Patet Lao" həmişə Vyetnam kommunistləri və Şimali Vyetnam ilə yaxından əlaqəli idi. Vətəndaş müharibəsi zamanı Vyetnam Xalq Ordusu tərəfindən effektiv şəkildə təşkil edilmiş, təchiz edilmiş və hətta rəhbərlik edilmişdir. Vyetnam müharibəsində antikommunist qüvvələrə qarşı vuruşmuşdular. Nəhayət, bu termin Laos kommunistlərinin ümumi adı olmuşdur.

Hərəkata hərbi yardımın ən mühüm mənbəyi Çin idi. Mao Tszedunun əmri ilə Xalq Azadlıq Ordusu onları 115,000 silah, 920,000 qumbara və 170,000,000 güllə təmin etmin, 700-dən çox hərbi zabitinə təlim keçmişdir.Brazinsky, Gregg A. (2017) Winning the Third World: Sino-American Rivalry during the Cold War, p. 249, The University of North Carolina Press

"Patet Lao"nun "Laos Vətənpərvər Cəbhəsi" () adlı siyasi qanadı 1956-cı ildən başlayaraq çoxsaylı koalisiya hökumətlərində xidmət xidmət etmişdir. 1960–1970-ci illərdə "Patet Lao" Laosda vətəndaş müharibəsi dövründə kral hökuməti ilə vuruşmuşdur. Onlar Laosun şimal və şərqinə nəzarəti ələ keçirmişdi. "Patet Lao" 1975-ci ilin yazında bütün ölkədə hakimiyyətə gəlmişdir. Dekabrda ABŞ-nin dəstəklədiyi Laos krallığı süqut etmiş və Laos Xalq İnqilab Partiyası yeni hökumət qurmuşdur.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər https://web.archive.org/web/20120204034101/http://www.onwar.com/aced/data/lima/laos1962.htm https://web.archive.org/web/20120204034105/http://www.onwar.com/aced/data/lima/laos1954.htm http://www.factmonster.com/ce6/world/A0859186.html http://countrystudies.us/laos/ http://countrystudies.us/laos/14.htm http://www.britannica.com/eb/article-9058717/Pathet-Lao

Kateqoriya:Laosda vətəndaş müharibəsi Kateqoriya:Partizan hərəkatları Kateqoriya:Laos tarixi Kateqoriya:Laosda kommunizm Kateqoriya:Vyetnam müharibəsində fraksiyalar Kateqoriya:Antiimperializm Kateqoriya:Kommunist partiyaları Kateqoriya:Ləğv olunmuş siyasi partiyalar